ABŞ Rusiyanı regiondan çıxarıb, inqilaba təhrik edən Qafqaz Əmirliyi qrupunu terrorist təşkilatlar sıyahısına salıb. Dövlət Departamentinin bildirdiyinə görə, qrup Çeçenistan və digər respublikalarda bomba hücumları və sui-qəsdlərin arxasında durur. Bu qrup həm də yanvar ayında 36 adamın ölümünə səbəb olan Domodedovo hava limanında həyata keçirilən hücumun məsuliyyətini daşıyır. Amerika qrupun lideri Doku Umarov barədə məlumat verənə 5 milyon dollar məbləğində mükafat vəd edir.