Accessibility links

Qahirədə koptik xristianlar nümayiş keçirib


Qahirədə koptik xristianlar nümayiş keçirib
Qahirədə koptik xristianlar nümayiş keçirib

Bu gün Qahirədə koptik xristianlar müsəlman-xristian təriqətlərarası zorakılıqlara etiraz olaraq nümayiş keçirib. Ötən həftə sonu zorakıqlar nəticəsində 12 adam öldürülmüşdü. Nümayişçilər Misirin marşalı Məhəmməd Hüseyn Tantavinin istefasına və xristian kilsələrini yandıranların məsuliyyətə cəlb edilməsinə çağırıb. Dövlət mediasının məlumatında həftə sonu zorakılıqları zamanı 220 adamın yaralandığını bildirir. Səhiyyə rəsmiləri 65 adamın güllə yarası aldığını deyir. Nümayişlər iştişaşlarla bağlı 23 adamın həbs edildiyi vaxt keçirilir.

XS
SM
MD
LG