Accessibility links

İranlı deputat ölkədə hicabsızlığın baş alıb getdiyini bildirib


İranlı deputat ölkədə hicabsızlığın baş alıb getdiyini bildirib
İranlı deputat ölkədə hicabsızlığın baş alıb getdiyini bildirib

İran parlamentinin mədəniyyət komissiyasının üzvü Məhəmməd Tağı Rəhbər ölkədə hicabsızlığın baş alıb getməsindən narahatlığını bildirib.

İran parlamentinin mədəniyyət komissiyasının üzvü Məhəmməd Tağı Rəhbər ölkədə hicabsızlığın baş alıb getməsindən narahatlığını bildirib.

“Media forum” saytının məlumatına görə, aprelin 12-də jurnalistlərlə görüşündə gənc qadınların hicab qaydalarına riayət etməməsindən ciddi nigaran olduğunu vurğulayan Məhəmməd Tağı Rəhbər deyib ki, hicabla bağlı vəziyyət əvvəlkindən daha pisləşib: “Cəmiyyətdə hicabsızlıq seli baş alıb gedir. Əgər bunun qarşısı indi alınmasa, vəziyyət daha da pisləşəcək. Hökumət cəmiyyətdə hicaba riayət olunması ilə bağlı nə iş görüb? Hökumət bu barədə heç bir iş görməyib və ruhanilərin hicab qaydalarına riayət olunmaması ilə bağlı etirazlarını dəfələrlə qulaqardına vurulub.

Bizim bir sıra nazirlər və digər ölkə rəsmiləri ilə hicabın cəmiyyətdə hazırkı vəziyyətinə dair iclasımız olub. Oturub məsələni müzakirə etmişik. Gedin ali təhsil ocaqlarına, banklara və xəstəxanalara baş çəkin görün hicabla bağlı vəziyyət necədir. Hökumət hicabı pozanlara qarşı daha ciddi tədbir görməlidir”.

XS
SM
MD
LG