Accessibility links

Yəməndə fövqəladə vəziyyət elan edilib(Yenilənib)


Yəməndə fövqəladə vəziyyət elan edilib(Yenilənib)
Yəməndə fövqəladə vəziyyət elan edilib(Yenilənib)

Yəməndə fövqəladə vəziyyət elan edilib. Qərar onlarla insanın ölümü ilə nəticələnən zorakılıqlardan sonra verilib. Tibb rəsmiləri və şahidlərin sözlərinə görə, Yəmənin paytaxtı Sanada hökumət əleyhinə aksiya zamanı təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində 40 nəfər öldürülüb və 100-dən çox adam yaralanıb. İnsident cümə namazından sonra baş verib. Nümayiçilər prezident Əli Abdulla Salehin 32 illik hakimiyyətinin sona çatdırılmasını tələb ediblər. Zorakılıq dünənki toqquşmanın davamı olub. Dünən Yəmən təhlükəsizlik qüvvələri və hökumət tərəfdarları ilə nümayişçilər arasında baş verən toqquşma zamanı 85 nəfər yaralanmışdı.

XS
SM
MD
LG