Accessibility links

Sərhədsiz Reportyorlar hakimiyyəti Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırır


Sərhədsiz Reportyorlar hakimiyyəti Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırır
Sərhədsiz Reportyorlar hakimiyyəti Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırır

“Sərhədsiz reportyorlar” bütün ittihamları onun üzərindən götürməyə çağırır. Rəsmi Bakı beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə, ifadə azadlığı sahəsində beynəlxalq konvensiyalara hörmətlə yanaşmalıdır.

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycan hakimiyyətini bloger Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırıb. Cənab Hacıyev Gəncədə əsgəri xidmətə çağırışdan yayınmaqla bağlı uydurma ittihamla məhkəməyə cəlb olunub.
Təşkilatın bəyanatında deyilir ki, onun həbsinin əsl səbəbi Facebook vasitəsilə gəncləri Bakıda etiraz aksiyalarında iştiraka çağırması və parlament seçkilərinin saxtalaşdırılması faktlarının aşkarlanması ilə bağlı sosial şəbəkələrdə fəallıq göstərməsidir. Hacıyev həbs edildikdən sonra Gəncə polisi tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalıb. “Sərhədsiz reportyorlar” hakimiyyəti Bəxtiyar Hacıyevi dərhal azad etməyə və bütün ittihamları onun üzərindən götürməyə çağırır. Rəsmi Bakı beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə, ifadə azadlığı sahəsində beynəlxalq konvensiyalara hörmətlə yanaşmalıdır.

XS
SM
MD
LG