Accessibility links

ABŞ-da terror aksiyalarının 10-cu ildönümü ərəfəsində xəbərdarlıq səviyyəsi qaldırılıb


ABŞ-da terror aksiyalarının 10-cu ildönümü ərəfəsində xəbərdarlıq səviyyəsi qaldırılıb
ABŞ-da terror aksiyalarının 10-cu ildönümü ərəfəsində xəbərdarlıq səviyyəsi qaldırılıb

Amerikanın hərbi bazalarında 2001-ci il 11 sentyabr terror aksiyalarının 10-cu ildönümü ərəfəsində xəbərdarlıq səviyyəsi qaldırılıb. Pentaqon sözçüsü Corc Littl bildirib ki, xəbərdarlıq hansısa konkret təhlükə deyil, ehtiyat mahiyyəti daşıyır. Senatın Daxili Təhlükəsizlik və Hökumətlərarası əlaqələr komitəsinin sədri bildirib ki, Amerikanın terror hücumlarından müdafiə edilməsində

Daxili Təhlükəsizlik Nazirliyinin rolu böyük olub. Nazirliyin nəzdində 200 min işçisi ilə 22 agentlik fəaliyyət göstərir.

10 il əvvəl Əl-Qaidə terrorçularının Dünya Ticarət Mərkəzi və pentaqona qarşı hücumları zamanı 3000 adam həlak olmuşdu. Amerikanın üçüncü ən böyük idarəsi olan nazirliyin illik büdcəsi 50 milyard dollardır.

XS
SM
MD
LG