İyunun 26-da Avropa Şurası Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı çoxdan gözlənilən qərarı qəbul edib. Qətnamə Azərbaycan hakimiyyətini 80-dən çox siyasi məhbusun taleyini həll etməyə, həmçinin siyasi motivlərlə gələcək həbsləri istisna etməyə çağırıb.
Bununla əlaqədar Article 19 beynəlxalq hüquq təşkilatı bəyanatla çıxış edərək Avropa Şurasının Azərbaycanda siyasi məhbusların olmasını tanımasını mühüm qərar adlandırıb, baxmayaraq ki, hakimiyyət bunu inkar etməkdə davam edir.
Təşkilatın rəhbəri Anyes Kalamar bildirib. “İfadə azadlığı hüququna görə siyasi motivlərlə həbsdə saxlama praktikası davam edə bilməz. Biz Azərbaycan hakimiyyətini Avropa Şurasının üzvü kimi bu qətnaməni yerinə yetirməyə çağırırıq”.
Qəbul olunmuş qətnamə siyasi məhbuslar üzrə xüsusi məruzəçi Kristofer Ştrasserin hesabatına əsaslanıb. Təyin edildiyi vaxtdan, 2009-cu ildən Ştrasser ölkəyə buraxılmayıb. “Əməkdaşlıqdan bu cür imtina olunması Avropa Şurası üçün görünməmiş haldır”, - bəyanatda vurğulanır.
Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində Azərbaycan fikrin ifadə olunması azadlığı hüququna hörmətlə yanaşmalı, müdafiə etməlidir. Buna baxmayaraq, Bakı tez-tez bu hüququ pozur. Jurnalistlər, blogerlər, fəallar və sıravi vətəndaşlar hakimiyyəti tənqid etdiklərinə görə təqiblərə məruz qalır, azadlıqdan məhrum edilirlər.
Hazırda yeddi jurnalist və vətəndaş cəmiyyəti fəalları siyasi motivlərlə həbsdədir.
Son vaxtlar bu cür təqiblərə məruz qalanların sırasında fotoqraf Mehman Hüseynovun və “Talışi Sədo” qəzetinin redaktoru Hilal Məmmədovun, vətəndaş fəalı İlham Əmiraslanovun, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının adları çəkilir.
Onlardan əlavə, jurnalistlər Anar Bayramlı, Ramin Bayramov, Vüqar Qonaqov, Zaur Quliyev, İlham Süleymanov, Aydın Canıyev, Tale Xasməmmədov, həmçinin vətəndaş fəalları Şahin Həsənli və Vidadi İsgəndərov həbsdədir.