Accessibility links

2010-cu ildə quldurlar tərəfindən 1200-ə yaxın adam ələ keçirilib


2010-cu ildə quldurlar tərəfindən 1200-ə yaxın adam ələ keçirilib
2010-cu ildə quldurlar tərəfindən 1200-ə yaxın adam ələ keçirilib

Beynəlxalq Dəniz Bürosunun hesanatına görə, 2010-cu ildə quldurlar tərəfindən 1200-ə yaxın adam ələ keçirilib. Bu, 2009-cu illə müqayisədə 12 faiz artıqdır. Büro quldurların 445 hücumu nəticəsində 53 gəminin ələ keçirildiyini bildirir. Bu halların əksəriyyəti Somali sahillərində qeydə alınıb. Beynəlxalq Dəniz Bürosunun hesanatında bildirilir ki, ötən il Banqladeş, İndoneziya və Cənubi Çin sularında hücumlar artıb. 2010-ci ildə gəmi heyətlərinin 8 üzvü qətlə yetirilib. Digər bir qrupun hesabatında quldurlara girovları geri almaq üçün 5.4 milyon dollar məbləğində pul ödənildiyi bildirilir. Somali quldurları tərəfindən 30 gəmi və 700 girovun saxlandığı təxmin edilir.

XS
SM
MD
LG