Accessibility links

22 fevral Corc Vaşinqtonun doğum günüdür


22 fevral Corc Vaşinqtonun doğum günüdür
22 fevral Corc Vaşinqtonun doğum günüdür

Fevralın 22-də ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun doğum gününün 280-ci ildönümü tamam olur. Ölkənin bir çox guşələrindən gəlmiş müsafirlər Vaşinqtonun ev muzeyi olan Mount Vernonda toplaşaraq dövlət banisinin ad gününü bayram edirlər. 18-ci əsrə mənsub tarixi kostyumlar geymiş adamlar, o cümlədən Corc Vaşinqton obrazını canlandıran Dean Malissa həmin dövrün təmaslarını səhnələşdiriblər. “Corc Vaşinqtona” təqdim olunan hədiyyələr sırasında onun çox sevdiyi Madeyra şərabı olub.

Bayram tədbirlərində kulinariya sərgisi də var. Mount Vernonun əməkdaşları Corc Vaşinqtonun sevimli səhər yerməyini – yağ və bala yaxılmış priojnalar hazırlayıblar. Lokal restoranlardan gəlmiş aşpazlar da Vaşinqtonun səhər yeməyini öz interpretasiyalarına uyğun hazırlayıblar. Müsafirlər həmçinin 18-ci əsr musiqisini dinləmiş, Corc Vaşinqton və onun xanımı Marta Vaşinqton obrazları ilə şəkil çəkdiriblər.

Virciniya ştatında boya başa çatmış Corc Vaşinqton 1775-99 illər arasında ABŞ-ın lideri və ən görkəmli siyasi xadimi olub. Kontinental Ordunun komandanı kimi 1775-83 illərdə o, amerikalıları Böyük Britaniya İmperiyası üzərində qələbəyə aparıb. Vaşinqton 1787-ci ildə Konstitutsiyanın yazılmasına həsr edilmiş qurultaya rəhbərlik edib. Yekdilliklə prezident seçilən möhkəm və yaxşı maliyyələşmiş ilk hökumət başçısı olaraq Birləşmiş Ştatları Avropadakı müharibələrdən hifz etmiş, Respublikanın ilk dönəmlərində baş qaldıran qiyamları yatırmış və bütün amerikalılar arasında lider kimi qəbul edilmişdir. Onun kabinet formalaşdırması, andiçmə mərasimindəki çıxışı və prezidentliyi könüllü tərk etməsi Amerikada mühüm siyasi ritualların əsasını qoyub. Vaşinqton universal olaraq Amerika dövlətçiliyinin atası kimi qəbul edilir.

XS
SM
MD
LG