Accessibility links

3-D texnologiyası gələcəkdir


3-D texnologiyası gələcəkdir
3-D texnologiyası gələcəkdir

Təsəvvür edirsiniz insan kimi nəfəs alaraq yüklənən batareyalar

Beşinci ildir ki, IBM tədqiqatların gələcəyinə nəzər salaraq beş texnologiyanı seçib və onları sabahın innovasiyaları adlandırıb.

IBM-in baş alimi Con Kohn deyir ki, 3-D texnologiya şirkətin “Beş içində Beş” siyahısında birincidir.

Con Kohn: `Fərdi texnologiyalar fərqli vaxtlar yoxlamadan keçirlər. Lakin onlar arasında oxşarlıq biz düşnürük ki, bu texnologiyaların hamısının 2015-ci ildə adi bir proses kimi görünəcəklərindədir.`

Film və televiziya artıq 3-D –yə keçən zaman, bu texnologiya bizə foto şəkil, veb səhifələr və dostlarımızla internet vasitəsi ilə əlaqələrdə də istifadə üçün tam yeni üsul olacaq.

Con Kohn: `Məsəl üçün smart-fonlar 3-D görüntülü olacaqlar və onları işlədərkən eynək taxmaq lazım olmayacaq. Təsəvvür edin ki, başqa şəhərdən sizə zəng edən dostunuz “Star Wars” filmindəki şahzadə Leia kimi telefonun ekranına çıxır. Bu optik elmdir; 3-D effektini yaratmaq üçün gözə işıltı salır beyinə “sən 3-D təsvirə baxırsan” deyir. Biz düşünürük ki, bu rabitəni daha da şəxsiləşdirəcək.

Mobil telefonumuzda 3-D ilə dostlarımızla əlaqə saxlayanda bizə telefonumuzun batareyasını yenidən yükləmək lazım olmayacaq. Gələcəkdə batareyalar bu günkindən daha davamlı olacaqlar.

Con Kohn: `Bizim yeni batareya kimyası ilə maraqlanan və lithium hava batareyalarını tədqiq edən alimlərimiz var. Təsəvvür edirsiniz; insan kimi nəfəs alaraq yüklənən batareyalar. Və siz yatan zaman çarpayınızın yanında masaya qoyduğunuz telefon özü-özünə yüklənir. Və ya biz bu texnolji inovasiyaya elektriklə işləyən avtomabil kontekstindən baxsaq, bu o deməkdir ki, əvvəlkilərlə müqayısədə bu elektrikli avtomabillə 10 dəfə artıq məsafə qatetmək mümkün olacaq.`

IBM siyahısında 3-cü inovasiya da enerji ilə əlaqədardır. Bu texnologiya bizim komputerlərdən gələn istiliyi yığaraq yenidən istəfadə etməkdir. Kohn deyir ki, hal hazırda bu istilik hədər yerə gedir. Alimlərimiz çiplərin içərisində kiçik kanallar yaradır, bu yolla istilik toplanaraq sonradan evləri istitmək və ya soyutmaq üçün istifadə olunacaqlar.

Kohn deyir ki, alimlər yol hərəkət proqnozu texnologiyasından istifadə edərək nəinki tıxacları müəyyən etməyin mümkünlüyünü, hətta hamının marşrut planını, məkana çatma vaxtını hesablayaraq hansı yolda nə vaxt tıxac ola biləcəyini qabaqcadan sürücüyə bildirəcəyini deyirlər. “Tıxaca çatmazdan əvvəl biz tıxac barədə qabaqcadan məlumatlı olacayıq və ümumiyyətlə tıxacın yaranmamasını təmin edəcəyik”-deyə o bildirir.

İnsanlar mobil telefon, kompyuter və hətta internetlə əlaqəli olan avtomobillərdən istifadə edərək baş verən hadisələrdən dərhal xəbərdar olacaqlar. Mobil telefonlar baş verən zəlzələ və sunami kimi hadisələr barədə alimləri xəbərdar edə biləcəklər.

Kohn deyir ki, bu beş texnologiya bu gün elmi uydurma kimi səslənə bilər, lakin qısa bir müddətdə bu beş texnologiya bizim gündəlik həyatımızın bir hissəsi olacaq.

XS
SM
MD
LG