Accessibility links

Arye Qut: Azərbaycan İsrail baxımından öz xarici siyasətini düzgün seçib [Audio-Müsahibə]


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Amerikanın Səsinə müsahibədə Sovet İttifaqının süqutundan sonra İsrailə köçən Azərbaycan yəhudilərinin fəaliyyətini dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:09:34 0:00

O,70 minə yaxın Azərbaycan kökənli yəhudinin müxtəlif təşkilatlar qurduğundan bəhs edib və diaspor fəaliyyəti aparan AZİZ beynəlxalq təşkilatının işini xüsusi vurğulayıb.

Arye Qut deyib ki, İsraildə hər zaman Azərbaycanla bağlı böyük işlər görülür. Ekspert bunlara Xocalı və Qarabağda baş verənlər, İsrail-Azərbaycan əlaqələri ilə bağlı tədbirlərin daxil olduğunu bildirib.

A.Qut hesab edir ki, əlaqələrin inkişafı ilə İsraillə Azərbaycan yaxın dosta çevrilib.

“Mən özüm bu işlərin içində olduğun üçün qeyd edə bilərəm ki, son vaxtlar İsrail mətbuatında Azərbaycanla bağlı 25-dək məqalə dərc edilib,” deyə Arye Qut sözünə davam edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Azərbaycanı İsraillə iqtisadi siyasi əlaqələrdən daha çox insani əlaqərin bağladığını bildirib.

Akko şəhərində Azərbaycandan köçmüş böyük icma yaşayır. Şəhərdə Azərbaycan dili eşidilir. Sanki insanlar özlərini Bakıda, Qubada və yaxud Göyçayda hiss edir

O deyib ki, Azərbaycan kökənli insanlar heç zaman Azərbaycanı unutmur.

“İsrailin Akko şəhərində Azərbaycan hökumətinin deyil, İsrail hökumətinin hesabına Azərbaycan Evi tikilib. Bu şəhərdə Azərbaycandan köçmüş böyük icma yaşayır. Şəhərdə Azərbaycan dili eşidilir. Sanki insanlar özlərini Bakıda, Qubada və yaxud Göyçayda hiss edir,” deyə Qut dünyanın davamlı şəkildə məskunlaşmış ən qədim şəhərlərindən biri olan Akkoda (Akr) Azərbaycanın qoyduğu izi təsvir edib.

Beynəlxalq münaqişələr üzrə ekspert Azərbaycanla İsrailin əlaqələrinin perspektivlərini müsbət dəyərləndirib. O deyib ki, Azərbaycan İsrail baxımından öz xarici siyasətini düzgün seçib.

Arye Qut Azərbaycanın miltivektor siyasətini "uğurlu", Azərbaycanı "Cənubi Qafqazın geo-siyasi və geo-iqtisadi siyasətinin lideri" adlandırıb.

XS
SM
MD
LG