Accessibility links

Arzu Abdullayeva: Azərbaycan üçün təhlükə görürəm [Audio]


Hüquq müdafiəçisi Arzu Abdullayeva
Hüquq müdafiəçisi Arzu Abdullayeva

Hüquq müdafiəçisi sabiq nazir Fərhad Əliyevlə həbsxanada görüş zamanı zəhərləndiyini iddia edir

Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva Amerikanın Səsi radiosuna müsahibəsində həbsxanalarda ümumi durumun pisləşdiyini bildirib. Hüquq müdafiəçisini sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşü zamanı zəhərləyiblərmiş.

Arzu Abdullayeva ilə müsahibə
please wait

No media source currently available

0:00 0:12:04 0:00
Direct link

Xanım Abdullayeva həbsxanalarda durumun ağırılaşmaqda davam etdiyini deyib.

“Son dövrlər həbsxanalarda, koloniyalarda işgəncələr çoxalıb, ölüm halları var. Dustaqların şəxsiyyətinin aşağılanması, təqib halları qeydə alınır”.

Hüquq müdafiəçisinin fikrincə, iki il öncədən başlayaraq penitensiar xidmət sahəsində islahatlara meyllilik hiss edilməyə başlamışdı və bu, hüquq müdafiəçilərində köklü islahatların başlayacağına əminlik yaradırdı.

“Lakin son dövrlər penitensiar xidmət sahəsində neqativ xəbərlərin sayı artıb. Hesab edirəm ki, bu sahədə baş verənlər süni şəkildə yaradılır”.

Arzu Abdullayeva hesab edir ki, hakimiyyət daxilindəki qruplaşmalar penitensiar sistemdə belə vəziyyət yaradır.

“Çünki təcridxanalarda, həbsxanalarda, saxlama kameralarında istintaq hərəkətləri də aparılır. Orada başqa güc strukturları da əməliyyat işləri aparır. Son zamanlar bu, çox açıq görünür ki, penitensiar strukturlarda, koloniyalarda, həbsxanalarda əməliyyatçılar, maskalı şəxslər hansısa bir əməliyyat aparır, insanları təhqir edir”.

O, həbsdə olan siyasi fəal Nemət Pənahlının məktubuna istinadən deyib ki, belə əməliyyatlar zamanı insanların şəxsiyyətini aşağılayan hərəkətlər edilib və məhbuslar heyvan səsləri çəxarmağa məcbur edilib.

”Biz hüquq müdafiəçiləri bu yaxınlarda məsləni müzakirə etdik. Toplantımızda işgəncə nəticəsində dünyasını dəyişmiş Pərviz Mikayılovun anası və digər işgəncəyə məruz qalmış insanların qohumları da iştirak edirdi. Mənim şəxsi qənaətimə görə də son zamanlar həbsxanalarada vəziyyət pisləşməkdə davam edir”.

Hüquq müdafiəçisi həbsxanalarda məhbuslara qarşı əməliyyatçıların qərəzli münasibətindən danışarkən vaxtı ilə jurnalist Eynulla Fətullayevin paltarına narkotik qoyulmasını missal çəkib.

“Avropa İnsan Haqları Məhkəməsinin jurnalistin həbsdən dərhal azad edilməsi qərarını yubatmaq məqsədi ilə əməliyyatçılar bu addımı atmışdı”, o qeyd edib.

Mən Azərbaycan iqtidarına da çağırış edirəm. Hakimiyyət Allah-Təala tərəfindən sizə verilməyib. Hakimiyyəti qanunvericilik, konstitusiya çərçivəsində dəyişmək istəyənlər düşmən deyil. Onların buna haqqı var. Ancaq inqilab bütün sosial münasibətləri sındırmaq deməkdir.

A.Abdullayeva beş ay öncə həbsxanada keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşü zamanı zəhərləndiyini də diqqətə çatdırıb. O sabiq nazirin həyatına təhlükə olduğu üçün həbsxanaya gedib.

“Keçmiş nazirlə göürüşümüz zamanı, bir dəfə bizə çay təklif etdilər, lakin təklifdən imtina etdik. Yarım saat sonra qapılar açıldı və bizə çay gətirdilər. Bu zaman mən və Helsinki Vətəndaş Assambleyasının digər əməkdaşı Bayram Sadıqov “çaydan imtina etmirik” xatirinə bir az içdik. Dərhal mənim və B.Sadıqovun halı dəyişdi. Bunu həbsxana işçiləri deyil, kənardan olan adamlar etmişdi. Biz iki gün öz yaxın həkimimiz vasitəsi ilə müalicə keçdik. O zaman Penitensiar Xidmətin rəisinə Fərhad Əliyevin həyatına təhlükə ilə bağlı yazdım və bu hadisəni də xırda detal halında xatırlatdım. Səhəri gün Penitensiar Xidmətinin rəisi Mədət Quliyev mənə zəng vurub Fərhad Əliyevin həyatına təhlükə olmadığını dedi. Bu zaman ona başımıza gələnləri xatırlatdım”.

Hüquq müdafiəçisi zəhərlənməsinin o zaman ictimailəşdirməsinin səbəbini belə izah edib.

“Çünki bundan Fərhad Əliyev həyəcan keçirə bilərdi. Mənim hüquq müdafiəçisi kimi ilkin vəzifəm həbsdə olan şəxsin təhlükəsizliyinin təmina edilməsi ilə bağlı iş aparmaq idi”.

A.Abdullayeva zəhərlənmə ilə bağlı mediaya indi məlumat verməsinin səbəbini isə penitensiar xidmətdə son dövrlər vəziyyətin pisləşməsi ilə izah edib.

“Bu qurumun daxilində bir sıra hökumət qurumları iş apar. Onlar arasında çəkişmələr başlayıb və sonda məhbusların hüquqlarının pozulnmasına gətirib çıxarır. Bu münaqişə xalqın başında sına bilər. Mən Azərbaycan üçün təhlükə görürəm. Fikriləşirəm ki, bunun arxasında səbəblər var. Bu hakimiyyətin bir olmamsıdır. Hakimiyyətin bir olmaması, ola bilsin ki, hansısa bir siyasətin Azərbaycana tətbiq olunmasından xəbər verir. Mən Azərbaycanda ərəb inqilabından qorxuram. İstəyirəm təkamül yolu seçilsin. Biz istər-istəməz Avropayıq və islahatlarda Avropa yolu seçilməlidir. Mənimcə Avropa özü də xəcalət çəkər ki, Azərbaycanda dəyişiklik insan haqlarının bərpası, demokratiya yolu ilə deyil, inqilab, banditizm yolu ilə olsun”.

Helsinki Vətəndaş Assambleyasının həmsədri Azərbaycanda vətəndaş cəmiyyətinin potensialının böyük olduğunu bildirib.

“Mən Azərbaycan iqtidarına da çağırış edirəm. Hakimiyyət Allah-Təala tərəfindən sizə verilməyib. Hakimiyyəti qanunvericilik, konstitusiya çərçivəsində dəyişmək istəyənlər düşmən deyil. Onların buna haqqı var. Ancaq inqilab bütün sosial münasibətləri sındırmaq deməkdir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG