Accessibility links

BMT və Ərəb Liqasının elçisi Suriya prezidenti ilə görüşüb


BMT və Ərəb Liqasının elçisi Laxdar Brahimi bu gün Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşüb. Suriya hökumət rəsmiləri cənab Əsədin cənab Brahimi ilə bu gün səhər görüşdüyünü bildirsələr də, görüşün detalları haqda məlumat verməyiblər.

Prezident Əsədlə görüş cənab Brahiminin Suriyaya ilk səfərinin üçüncü günü keçirildi. BMT elçisi "Cenevrə - 2" adlı sülh danışıqlarına dəstək üçün regiona səfər edir.

Bu gün eləcə də, cənab Brahimi İranın Suriyadakı səfiri Məhəmməd Rida Şeybani ilə görüşüb. Cənab Brahimi bundan əvvəl də İranı sülh konfransında iştirak etmək üçün danışıqlar masasına dəvət etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG