Accessibility links

“ASAN Radio”nun yaradıcı heyəti ABŞ-da səfərdədir


ASAN Radio-da "Hello Amerika" proqramı
ASAN Radio-da "Hello Amerika" proqramı

ADA University-nin kommunikasiya üzrə müəllim heyəti, ASAN Xidmət İctimai Əlaqələr şöbəsinin mütəxəssisləri və ASAN Radiosunun yaradıcı heyətinin üzvləri Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramında (@International Visitor Leadership Program) iştirak edir. Bu barədə ABŞ səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın Azərbaycandakı səfirlyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ABŞ-a səfər edən IVLP proqramının iştirakçıları yerli radiostansiyalar, yayım qurumları və kommunikasiya tədrisində ixtisaslaşan tədris mərkəzlərinə səfər edir, təcrübə mübadilərinə qatılır və yeni tərəfdaşlıq əlaqələri qururlar.

Mayın 3-dən etibarən hər cümə “ASAN Radio”da (100 FM) saat 18.45-də “Hello, America!” - “Salam, Amerika!” adlı həftəlik proqram yayımlanacaq.

Proqramda Amerika cəmiyyətinin siyasi və sosial fərqlilikləri, ənənələri və mədəniyyəti barədə maraqlı müsahibələr və reportajlar yer alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG