Accessibility links

Asanj tərəfdarları Ekvadorun paytaxtında iğtişaş polisi ilə toqquşub


Vikiliksin təsisçisi Culian Asanjın tərəfdarları çərşənbə axşamı Ekvadorun paytaxtı Kitoda iğtişaş polisi ilə toqquşub.

Toqquşma ötən həftə Ekvador hökuməti ölkənin Londandakı səfirliyində qalan Asanjın siyasi qaçqın statusunu ləğv etdikdən sonra prezident sarayının yaxınlığında baş verib.

Toqquşma nəticəsində jurnalistlər və fotoqraflar da daxil olmaqla bir neçə adam həbs edilib, digər bir neçə nəfər isə yaralanıb.

47 yaşlı Avstraliya vətəndaşı 2012-ci ildən bəri Ekvadorun Londondakı səfirliyində yaşayırdı. Lakin ötən cümə axşamı onun statusu ləğv olunduqdan sonra Britaniya polisi Asanjı həbs edib.

Ekvador rəsmiləri bildirib ki, Asanj siyasi qaçqın qaydalarını pozaraq məxfi məlumatları ictimailəşdirməklə başqa ölkələrin daxili məsələlərinə müdaxilə etməyə davam edirdi.

Asanj seksual təcavüz ittihamları ilə üzləşmək üçün İsveçə ekstradisiya edilməmək məqsədi ilə Ekvador səfirliyində sığınacaq tapıb.

İsveç bir müddət sonra onunla bağlı istintaqı dayandırıb. Lakin Asanj ABŞ hökumətinə məxsus məxfi sənədlərin Vikiliks vasitəsi ilə ictimailəşdirilməsi ilə əlaqədar Britaniya hökumətinin onu ABŞ-a ekstradisiya edəcəyindən ehtiyat edərək səfirlikdə qalmağa davam edib.

XS
SM
MD
LG