Accessibility links

Əsgər Əkbərzadə və Səid Sadıqifər Ərdəbil prokuroluğunda ittihamlara qarşı özlərini müdafiə ediblər


Əsgər Əkbərzadə və Səid Sadıqifər
Əsgər Əkbərzadə və Səid Sadıqifər

Sentyabr ayında İranda baş qaldıran ümummilli etirazların ilk günlərində Ərdəbildə nəzarət altına alınıb və həftələr sonra zəmanətlə sərbəst buraxılan siyasi fəallar Əsgər Əkbərzadə və Səid Sadıqifərin Ərdəbil prokuroluğunda “son müdafiə” sessiyası keçirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsdədilə toplaşmaq və əlbir olmaq” və “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamları irəli sürülüb.

Onlar çərşənbə günü Ərdəbilin ümumi və inqilab prokurorluğunun 7-ci şöbəsində ittihamlara cavab veriblər.

Əsgər Əkbərzadə sentyabr ayının 22-də səhər saat 4 radələrində evinə qəfildən girən mülki geyimli məmurlar tərəfindən saxlanılmışdı. Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, məmurlar qapını sındırıraq evə girib, fəala və onun ailəsinə qarşı zorakılıq tətbiq etmişdilər. O, noyabrın 3-də 100 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Əkbərzadə ilə eyni gün saxlanılan Səid Sadıqifər isə oktyabr ayının 17-də mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Hər iki fəal keçmiş illərdə də göstərdikləri fəaliyyət səbəbilə saxlanılıb.

İki fəalın saxlanıldığı günlərdə Ərdəbildə bəzi digər fəallar, o cümlədən Meysəm Colani, Yusuf Kari, Məhəmməd Colani, Firuz Muini, Səccad Qane Müqəddəm və Yaşar Əkbərzadə kimi fəallar da nəzarət altına alınmışdılar.

XS
SM
MD
LG