Accessibility links

AŞPA-da “Maqnitski qətnaməsi” üzrə Rusiyanı yalnız Azərbaycan dəstəkləyib


Səsvermənin yekunlarına görə, 151 deputat “lehinə”, 25 deputat “əleyhinə” səs verib, 10 nəfər bitərəf qalıb

AŞPA-nın qış sessiyasında Sergey Maqnitskinin qatillərinin cəzasız qalmasına yol verilməsin” qətmanəsi üzrə səsvermə zamanı rusiyalı deputatları tam tərkiblə dəstəkləyən Azərbaycan nümayəndə heyəti olub.

Turan Agentliyinin məlumatına görə qətnamədə Rusiya hakimiyyətindən Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitsikinin ölümündə əli olan şəxslərin cəzalandırılması tələb olunur.

AŞPA AŞ Nazirlər Komitəsinə Maqnitski işinin araşdırılmasına qoşulmağı tövsiyə edib.

Səsvermənin yekunlarına görə, 151 deputat “lehinə”, 25 deputat “əleyhinə” səs verib, 10 nəfər bitərəf qalıb.

Rusiyalı 16 deputatla yanaşı səs verənlərin arasında zalda iştirak edən beş azərbaycanlı deputat - Sahibə Qafarova, Rafael Hüseynov, Səməd Seyidov. Qənirə Paşayeva, Rövşən Rzayev, həmçinin Türkiyə, Bosniya və Herseqovina, Macarıstan, Moldovadan bir deputat olub.
XS
SM
MD
LG