Accessibility links

Cənub-Şərqi Asiyada gəlirlərin artması aviasiya sənayesinə yeni imkanlar açır


Cənub-Şərqi Asiya boyu gəlirlərin artması aviasiya sənayesinə yeni imkanlar açır. Yeni aşağı qiymətli şirkətlər rekord gəlir əldə edir.

2013-cü ilin ilk 8 ayı ərzində ticarət qrupları Asiya Sakin Okeanı hava yolları şirkəti tərəfindən 138 milyon sərnişinin daşındığını bildirir. Bu, ötən illə müqayisədə 5 faiz artım deməkdir.

VietJetAir stüardessası Ho Çi Min hava limanında təyyarə havaya qalxmazdan öncə baqajları yoxlayır. Hava yolları şirkəti növbəti ildə təyyarələrin sayını ikiqat artırmaq niyyətindədir.
VietJetAir stüardessası Ho Çi Min hava limanında təyyarə havaya qalxmazdan öncə baqajları yoxlayır. Hava yolları şirkəti növbəti ildə təyyarələrin sayını ikiqat artırmaq niyyətindədir.
Sidneydə yerləşən Asiya Sakin Okeanı hava yolları şirkəti gəlirlərinin artmasını biletlərin ucuzluğu il izah edir. Belə ki, hava yolları şirkətləri hazırda oturacaqların yarısını daha uçuz qiymətə satır. On il əvvəl belə bir şeyi ağla gətirmək belə mümkün deyildi.

Asiya Sakin Okeanı Səyahət Assosiasiyasının icraçı direktoru Martin Kreyqin dediyinə görə, Asiyada orta sinfin artması səyahətə olan tələbatı artırıb.
"Asiya daxilində turizmin və hava səyahətlərinin kəskin şəkildə artması bir çox insanın orta sinfə yüksəldiyinə işarədir. Onlar ilk məsrəflərini xarici ölkələrə səfərlərlə edirlər."

Cənub-Şərqi Asiyada orta sinfi 500 milyon insan təşkil edir. 2030-cu ildə bu göstəricinin 1.7 milyarda çatacağı təxmin edilir.

Sənaye eksperti Brendan Sobinin dediyinə görə, Laos, Birma və Vyetnam potensial artıma malik olan qabaqçıl bazarlara çevrilir. Vyetnamda sərnişin artımı artıq ikrəqəmli ədədlərlə ölçülür.

Birmada son 2 il ərzində sərnişin təyyarələrinin sayı iki dəfə artıb. Uçuşlara tələbat artdıqca təyyarələrin təhlükəsizliyi məsələsi ortaya çıxır. Təhlilçilərin fikrincə regionda təhlükəsizlik standartlarına eyni şəkildə cavab verilmir.

Laos Hava Yolları təyyarəsi 19 oktyabr, 2013-cü ildə Mekonq çayına düşərək qəzaya uğramışdı.
Laos Hava Yolları təyyarəsi 19 oktyabr, 2013-cü ildə Mekonq çayına düşərək qəzaya uğramışdı.
Bu ayın əvvəllərində Laos hava yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 49 adam həlak olmuşdu.

2012-ci ildə Birmada 4 təyyarə ciddi qəzalara uğramışdı. ABŞ Dövlət Departamenti səyahət edən vətəndaşlarına Birmanın uçuş təhlüksiziliyi barədə xəbərdarlıq vermişdi.

Cənub-Şəqri Asiyada turizmin inkişaf etməsi ilə indi hökumətlərin qarşısında təhlükəsliyin təmin edilməsi kimi bir öhdəlik dayanır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG