Accessibility links

Asiyalı-amerikalılar qrupu nifrət zəminində təxminən 3800 şikayət alıb


Nyu-Yorkun Bruklin bölgəsində ağdərili bir kişi asiyalı-amerikalı qadını təqib edərək, onu irqi zəmində aqressiv şəkildə təhqir edib.

Vaşinqton şəhərinin metro-stansiyasında bir nəfər bir asiyalı qadını kürəyindən vuraraq, söyüşlər söyüb, onu və sevgilisini təhdid edib.

Las-Veqas şəhərində bir taksi sürücüsü asiyalı bir sərnişinə "lənət olsun, bu gün maşınıma ikinci asiyalı minir, ümid edirəm səndə COVİD yoxdur" deyib.

Bu üç hadisə bir il əvvəl Çindən qaynaqlanan COVID-19 pandemiyası başlayandan bəri asiyalılara nifrət və təhdidlə bağlı Vəkillər Kollegiyasının qeydə aldığı 3800-ə yaxın şikayət arasındadır.

Çərşənbə axşamı yayımlanan “Stop AAPI Hate“in (Asiyalı amerikalılar və Sakit okean adalılarından olan insanlara qarşı nifrətə son) yeni hesabatında deyilib ki, COVID-19 pandemiyası elan edilməsindən bir müddət sonra 2020-ci il martın 19-dan - 2021-ci il fevralın 28-nə qədər asiyalılara qarşı nifrətlə bağlı 3795 hadisə qeydə aldınıb. Onlardan 500-dən çoxu 2021-ci ildə baş verib.

Asiyalılara qarşı sözlə təhqir və kənar durmaq halları 68.1%,insidentlər 20.5%, fiziki hücumlar isə 11,1% təşkil edib.

“Stop AAPI Hate“ bir il əvvəl iki asiyalı-amerikalı vəkil qrupu və bir universitet şöbəsi koalisiyası tərəfindən asiyalı-amerikalıların pandemiya dövründə nifrət hadisələrini bildirmələrinə yardım etmək üçün yaradılıb.

Asiyalı-amerikalılara qarşı ayrı-seçkilik barədə xəbərlər 2020-ci ilin yanvarından başlayıb. Lakin “Stop AAPI Hate“ qrupunun təsisçilərindən biri olan Sintia Çoy təhdidlərin koronavirusa görə Çini günahlandıran keçmiş prezident Donald Trampın "kunq qripi" kimi ksenofobik ifadələrdən istifadə etməyə başlamasından sonra artdığını deyib.

Çoy “Stop AAPI Hate“ tərəfindən qeydə alınan hadisələrin əksəriyyətinin Federal Təhqiqat Bürosunun irqi, dini, cinsi oriyentasiya və digər amillərdən qaynaqlanan cinayət işləri olaraq qəbul etdiyi nifrət zəminində cinayət olmadığını deyib.

Bayden administrasiyası nifrət epidemiyasına qarşı çıxıb və Prezident Co Bayden yanvar ayında asiyalılara qarşı nifrət zəminində cinayətlərin artmasını pisləyən bir memorandum imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG