Accessibility links

Asiyalı amerikalılara qarşı artan hücumlar fonunda bir qrup könüllü insanlara özünümüdafiə dərsləri təklif edir


Asiyalı amerikalılara qarşı artan hücumlar fonunda bir qrup könüllü insanlara özünümüdafiə dərsləri təklif edir
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Los Ancelesdəki asiyalı amerikalılar icması və onların müttəfiqləri özünümüdafiə dərsləri təklif edirlər. Konüllü məşqçilər insanları ABŞ-da asiyalılara qarşı artan zorakılıqdan qoruyacaq bacarıqlarla təmin etməyi ümid edirlər.

Akemi Luk Los Ancelesdə Pan Pasifik Parkında könüllü təlim keçən peşəkar məşqçilərin özünümüdafiə dərsləri ilə maraqlanan tələbələrdən biridir.

O ümid edir ki, bu bacarıqlar çox yardımçı olacaq, çünki son zamanlar çox sayda asiyalılar zorakılığa məruz qalıblar.

“Əgər biz hücum qurbanı olsaq, cavab verə bilməliyik. Biz qaydaları və özümüzü necə müdafiə etməyi bilməliyik,” o deyir.

Geyşa Kolton tək ana və cinsi zorakılıq qurbanıdır. Luk kimi Kolton da ümid edir ki, özümüdafiə bacarıqlarını öyrənmək önləyici addım olacaq.

"Mən elə bir vəziyyətdə olmaq istəmirəm ki, hücuma məruz qalsam həyatımı müdafiə etməyi öyrənməli olum. Amma indi yaşadığımız dünyada bu hər kəs üçün, xüsusilə də asiyalılar və qadınlar üçün bu bir reallığa çevrilib. Qadınlar hər zaman hücum təhlükəsinə açıq olacaqlar," Geyşa Kolton eyir.

Sabrina Conson və Aleksandra Bernal könüllü olaraq özünümüdafiə dərsləri keçirlər. Onlar Asiya mənşəli olmasalar da, öz təcrübələrindən istifadə edərək başqa insanlara asiyalılara qarşı zorakılıqla mübarizə aparmağı öyrətməyin vacib olduğunu düşünürlər.

“Düşünürəm ki, əgər sən özün asiyalı deyilsənsə və asiyalə və ya başqa irqdən bir insanın hücuma məruz qaldığını görürsənsə və özünü müdafiə bacarıqlarına sahibsənsə, müdaxilə edə bilərsən. Sən özündə hücum edən şəxsə “o insanı narahat etmə”demək cəsarətini hiss edə bilərsən,” Sabrina Conson deyib.

Məşqçilər deyir ki, onlar asiyalı-amerikalılar üçün bu cür təlimlər keçməyə davam edəcəklər və ümid edirlər ki, onlar insanları artan irqçi hücumlara qarşı mübarizə aparmağa cəsarətləndirəcəklər.

XS
SM
MD
LG