Accessibility links

Nifrət zəminində cinayətlər ABŞ-da təhsil alan asiyalı tələbələri narahat edir


Nifrət zəminində cinayətlər ABŞ-da təhsil alan asiyalı tələbələri narahat edir
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Nifrət zəminində cinayətlər ABŞ-da təhsil alan asiyalı tələbələri narahat edir

2020-ci ilin əvvəllərində koronavirus pandemiyası başlayandan bəri ABŞ-da asiyalılar əleyhinə nifrət zəminində cinayətlərin nisbəti artıb. ABŞ-dakı beynəlxalq tələbələr bu kimi hadisələrdən danışır.

ABŞ-dakı tələbələrin çoxu xarici tələbələrdir. Polisin bildirdiyinə görə, Çində pandemiya başlayandan bəri ölkə daxilində Asiya əleyhinə nifrət zəminində cinayətlər 150% artıb.

Asiyalı amerikalılar və Sakit Okean adalarından olan insanlara qarşı irqçiliyi izləyən Stop AAPI Hate qrupu 2020-ci ilin martından bəri nifrət zəminində 6 mindən çox hadisə ilə bağlı məlumat aldığını bildirib.

Kolumbiya Universitetinin tələbəsi Cun Beyk 2015-ci ildə Cənubi Koreyadan ABŞ-a təhsilin keyfiyyətinə görə gəldiyini deyir. "Amerika ən yaxşı universitetlərini, ən tanınmış universitetlərini təklif edir və mən hiss etdim ki, Amerikaya gedib, orada təhsil almaq Koreyada oxumaqdan daha çox imkanlar verər."

Keçən il metroda o, bir qadının qışqırtısını eşidib. Bu, Nyu York şəhərində qeyri-adi hal deyil. Lakin o, bunun ona aid olduğunu başa düşüb. “Heç bir şey deməməyə, başımı aşağı salıb, öz işimi düşünməyə çalışdım. Lakin getdikcə vəziyyət dəyişir və bu, yalnız sözlə hücum deyildi. Bütün bunların mənə aid olduğunu başa düşürdüm. Sadəcə növbəti stansiyada enməyə qərar verdim.”

Mart ayında Atlanta yaxınlığında baş verən silahlı hücum zamanı altısı asiyalı qadın olmaqla, səkkiz nəfər öldürülüb. Şübhəli hücumun irqi zəmində olmadığını desə də, hadisədən sonra ABŞ-dakı asiyalılar qorxularının artırdığını deyir.

Nyu Yorkdakı Parsons Dizayn Məktəbini bitirən cənubi afrikalı Çin vətəndaşı Cessika deyir ki, asiyalılar əleyhinə cinayətlərlə bağlı xəbərlər onu daha ehtiyatlı olmağa məcbur edir. “Əvvəllər Nyu Yorkda özümü həqiqətən təhlükəsiz hiss edirdim, lakin 2020-ci ildən bəri belə deyil. İlk dəfə küçədə gəzərkən özümü hədəf kimi hiss edirəm. Həqiqətən kədərlidir, çünki qaranlıqda küçəyə çıxmamağa, qaranlıq olan bəzi küçələrdə qaçmaq məcburiyyətindəyəm. Həmişə çox ehtiyatlı olmalıyam və asiyalı olduğumu çox yaxşı bilməliyəm.”

Amerikanın Səsi ilə söhbət edən bütün tələbələr deyirlər ki, ümumiyyətlə tələbə şəhərciyində və Amerikanın şəhər əhalisi arasında özlərini rahat hiss edirlər. Tələbələr çoxmədəniyyətli bir cəmiyyətdə yaşamaq təcrübəsinin onlar üçün böyük bir dərs olduğunu deyirlər. Nyu York Universitetinin tələbəsi Endi Mao: “Xüsusilə geriyə baxdığımda çox fərqli mədəniyyətlərin bir araya gəldiyini və ən əsası isə fərqli ölkələrdən, mədəniyyətlərdən olan dostlarla görüşüb, onların hekayələri ilə tanış olduğumu görürəm. Bütün bunlar həqiqətən dünya görüşümü genişləndirdi və dünyanı kəşf etməyim üçün bu kimi azadlığı qiymətləndirirəm.”

Lakin son zamanlar Asiya cizgilərinə sahib olmaq narahatlıq yaradır.

Böyük ehtimalla məhdudiyyətlər səbəbindən nifrət zəminində ümumiyyətlə cinayətlər barədə məlumatlar keçən il 7 faiz azalsa da, ABŞ-ın 16 şəhərində cinayətləri barədə məlumatlar 150 faiz artıb. Kolumbiya Universitetinin tələbəsi Arçit Çodhuri: “Uşaqlar siz heç nəsiniz. Ölkənizə qayıdın. Niyə ABŞ-a gəldiniz?” Bu, kifayət idi. Nadir, birdəfəlik bir hadisə idi. Bu, mənim özümü təhlükədə hiss etməyim üçün kifayət oldu.”

XS
SM
MD
LG