Accessibility links

Aslan İsmayılov: 'Bu ölkə ona görə belə gündədir ki...'


Aslan İsmayılov
Aslan İsmayılov

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi təhqir etməkdə suçlanıb 1500 manat cərimələnən hüquqşünas Aslan İsmayılov haqqında hökm qüvvədə saxlanılıb. Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Aslan İsmayılov Hafiz Hacıyevin iddiası əsasında CM-in 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib məhkum olunmasıyla razılaşmır. Ona görə də Səbail Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdi.

Avqustun 21-də apellyasiya şikayətinə baxılarkən xüsusi ittihamçı Hafiz Hacıyev iştirak etməyib.

Aslan İsmayılov müdafiə çıxışında haqqındakı hökmün sifarişli və qanunsuz olduğunu bildirib və ləğv olunmasını istəyib: “Bu ölkə ona görə bu günə düşüb ki, əksəriyyətin nifrət obyekti olan birinin sözü ilə az-çox hörməti olan bir hüquqşünas məhkum edilir”.

Hakimlər qısa müşavirədən sonra hüquqşünasın şikayətinin təmin olunmadığını, hökmün qüvvədə saxlandığını elan edib.

Aslan İsmayılov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək.

Son ayyarımda Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə iki hökm çıxarılıb. Hüquqşünasa islah işləri və pul cəzası kəsilib. Bunlardan birində iddiaçı Hafiz Hacıyev, digərində isə işadamı Mürvət Həsənovdur.

Aslan İsmayılov onları təhqir etməkdə suçlu sayılıb. Ancaq hüquqşünas bu ittihamları da qəbul etmir, sifarişlə məhkum edildiyini bildirir.

Bundan əlavə, Binəqədi Rayon Məhkəməsində də A.İsmayılov barəsindəki cinayət işi üzrə məhkəmə gedir. Hüquqşünas CM-in 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunur.

Aslan İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda suçlanır.

Həmin cinayət işiylə əlaqədar istintaq və məhkəmə dövrü üçün hüquqşünas barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: “İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır”.

Aslan İsmayılov haqqındakı bütün bu məhkəmə işlərinin bəzi məmurların ünvanına səsləndirdiyi tənqidlərə görə sifarişlə qaldırıldığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG