Accessibility links

Aslan İsmayılovun məhkəməsi davam etdirilib [Audio]


Mayın 31-də Bakının Səbael Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə hüquqşünas Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə təqsirləndirilən şəxs qismində məhkəməsi davam etdirilib.

"Xəmsə-M” cəmiyyətinin rəhbəri Mürvət Həsənli hüquqşünas Aslan İsmayılova qarşı Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci hissəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) cinayət işinin qaldırılmasını və həbsini tələb edir.

Aslan İsmayılov bildirib ki, Həsənli onu “dələduz” ifadəsinə görə məhkəməyə verib.

Mayın 24-də məhkəmə Aslan İsmayılovu təqsirləndirilən şəxs qismində tanıyıb.

Aslan İsmayılov türk iş adamı Ömür Oralın Mürvət Həsənli ilə borc mübahisəsində hüquqlarını müdafiə edib. Həsənli hüquqşünası türk iş adamı ilə borc mübahisəsi barədə mediada çıxışından sonra məhkəməyə verib.

Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində bildirib ki, təhqirə yol verdiyinə görə məhkəmə qarşı tərəfə xəbərdarlıq edib.

Aslan İsmayılovun açıqlaması
please wait

No media source currently available

0:00 0:00:55 0:00

“Vəsatət verdim ki, Mürvət Həsənli Bakı şəhər Baş Polis İdarəsində bir gün saxlanılıb, ifadəsi alınıb, üzləşmələr olub. Bir də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 3 gün saxlanılıb.

Məhkəmədən həmin səndələrin təqdim edilməsi üçün müraciət edilməsini xahiş etdim. Məhkəmə vəsatətlərimi təmin etdi”, o qeyd edib.

İsmayılov məhkəmənin gedişindən narazılığının olmadığını deyib.

Növbəti məhkəmə iclası mayın 14-ü saat 15-ə təyin edilib.

Mürvət Həsənli hələ məhkəmə ilə bağlı öz mövqeyini açıqlamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG