Accessibility links

Kiyanuş Aslani həbsxanaya qaytarılıb


Güneyli milli fəal Kiyanuş Aslani müvəqqəti azadlıq müddətinin bitməsi ilə Tehranın Evin Həbsxanasına qayıdıb.

Aprelin 21-də 350 milyon tümənlik zəmanət qarşılığında məzuniyyətə buraxılan türk fəal mayın 15-də həbsxanaya qayıdıb. Aslani ilə bərabər Evin Həbsxanasında saxlanılan 2 güneyli siyasi məhbus Behnam Şeyxi ve Həmid Mənafi Nadarlı da bu tarixdə məzuniyyətə buraxılmışdılar.

Aslani 2019-cu ilin fevral ayının 1-də Tehranın İnqilab Meydanında Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik broşürləri yaydığı üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs, daha sonra məhkəmə tərəfindən 5 il həbs cəzasına məhkum edilib.

Türk dil hüquqlarını dinc yollarla müdafiə edən Aslani "ölkənin milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə mühakimə edilmişdi.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. O həmçinin, iki il müddətinə qədər siyasi qrup və təşkilatlara üzv olmaq və ictimai fəaliyyətdən məhrum edilmişdi.

Bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının sosial mediada yaydığı məlumata görə, Kiyanuş Aslani müvəqqəti azadlıqda olduğu zaman milli fəallar siyasi məhbusun evinə görüşə gedib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG