Accessibility links

Avropanın qocaman insan haqları qurumu anti-korrupsiya üzrə təhqiqatlar aparmaq yönümündə ciddi təzyiqlərlə üzləşir. Guardian qəzetinin yazdığına görə İlham Əliyev hökumətinin qurumda Azərbaycanın insan haqları göstəriciləri ilə bağlı səsverməyə müdaxilə etmək üçün Avropa Şurası deputatlarına rüşvət verməsi haqda iddialar qurumun reputasiyasını ciddi zərbə altına qoyub.

Avropa Şurası ilə yaxından işləyən azı iki adam rüşvət ittihamlarının əsaslı olduğunu deyir.

Hazırda dissident kimi fəaliyyət göstərən sabiq Azərbaycan diplomatı Arif Məmmədov neftlə zəngin ölkəsinin rüşvət məqsədilə Avropa Şurası üzvləri üçün 30 milyon avro nəzərdə tutduğunu deyir.

Avropa Şurasının baş katibi Torbyorn Yaqlan "yubadılmadan" rüşvət ittihamları üzərində təhqiqatın başlanmasına çağırır
Avropa Şurasının baş katibi Torbyorn Yaqlan "yubadılmadan" rüşvət ittihamları üzərində təhqiqatın başlanmasına çağırır

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti daxilində “hamı” bilirdi ki, “yazılı şəkildə də olmasa, belə bir məbləğ var.” “Deyilənə görə bu pul Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərini rüşvətlə ələ almaq üçün nəzərdə tutulmuşdu.”

AŞPA-nın İsveçdən olan nümayəndəsi və həmin ölkənin sabiq ədliyyə naziri Tobias Billstrom qurumun “mötəbər üzvlərinə” rüşvət təklif olunduğunu təsdiq edib.

Billstrom rüşvət ittihamları ilə bağlı dərhal istintaqa başlanılmasına çağıran 64 deputat sırasındadır.

Deyilənə görə bu pul Avropa Şurası Parlament Assambleyası üzvlərini rüşvətlə ələ almaq üçün nəzərdə tutulmuşdu.

İllərdir ki, Azərbaycanın “kürü diplomatiyası” haqda ittihamlar dolaşır.

Bu ittihamları ilk dəfə diqqət mərkəzinə Avropada Stabillik Təşəbbüsü gətirib.

İtaliyalı millət vəkili Luka Volontenin rüşvət almasına dair cinayət işi başlandıqdan sonra isə məsələ aktual xarakter alıb.

Volonte İlham Əliyev hökumətindən 2.39 avro rüşvət almaqda ittiham olunur. Bunun müqabilində o, Azərbaycan hökumətinin mövqeyini Avropa Şurasında dəstəkləyib.

Pedro Aqramunt, AŞPA Prezidenti
Pedro Aqramunt, AŞPA Prezidenti

Guardian qəzetinin yazdığına görə, Assambleyanın prezidenti Pedro Aqramunta təzyiqlər artmaqdadır.

Azərbaycan hökuməti ilə isti münasibətləri olan ispaniyalı millət vəkilinə aydın edilib ki, korrupsiya ittihamları ilə bağlı hərtərəfli təhqiqat Avropa Şurasının reputasiyası üçün olduqca vacibdir.

Guardian yazır ki, Azərbaycan hökumətinin bu rüşvəti verməkdə məqsədi İlham Əliyevin avtoritar hökumətinə legitimlik donu geyindirmək olub.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland misli görünməmiş müraciətdə Aqramuntu “yubadılmadan təhqiqat aparacaq müstəqil qurumun” yaranmasına şərait yaratmağa çağırıb.

"Cənab Aqramunt siyasi liderlərlə müşavirələr aparmayıb və onların işlərinə müdaxilə etməyəcək,” deyə AŞPA prezidentinin sözçüsü bildirib. Onun sözlərinə görə, assambleyanın “belə bir təhqiqat aparmağa səlahiyyəti çatmır.”

XS
SM
MD
LG