Accessibility links

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək


AŞPA-nın logosu
AŞPA-nın logosu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt 1-4 martda Azərbaycana səfər edəcək.

AŞPA-dakəı mənbələrdən Turana bəlli olub ki, Həmməruzəçilər Azərbaycanın AŞPA qarşısındakı götürdüyü öhdəliklərin yerinə yetirmə vəziyyətini monitorinq edəcəklər.

Həmməruzəçilər səsəfr çərçivəsində rəsmi dairələrdə, parlamentdə fgörüşlər keçirəcək, vətəndaş cəmiyyətinin təmsilçiləri, hüquq müdafiəçiləri, hüquqşünaslar və media rəhbərləri ilə müzakirələr aparacq.

T.İvinski AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə yanvarın 29-da seçilib. O bu vəzifədə Maltadan olan Cozef Debono Qrexi əvəz edib.

İvinski 1992-ci ilin yanvarından AŞPA-nın üzvüdür. Bir neçə il AŞPA-nın vitse-prezidenti, AŞPA-nın Çeçenistan üzrə məruzəçisi olub.

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə ikinci həmməruzəçisi Pedro Aqramuntun səlahiyyətləri 2015-ci il iyunun 14-də başa çatır.

XS
SM
MD
LG