Accessibility links

Ann Brasser: Azərbaycanda problemlər sistemlə bağlıdır [Video]


Ann Brasser: Azərbaycanda problemlər sistemlə bağlıdır
please wait

No media source currently available

0:00 0:05:54 0:00

Ann Brasser: Azərbaycanda problemlər sistemlə bağlıdır

Azərbaycan Avropa Şurasına daxil olarkən könüllü olaraq demokratiya, qanunun aliliyi və insan hüquqları sahəsində öhdəliklər götürüb və onlar təkcə siyasi deyil, həm də hüquqi xarakter daşıyır və mütləq icra olunmalıdır. Bu barədə sentyabrın 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser (Anne Brasseur) Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, ölkədə güclü müxalifətin fəaliyyət göstərməsi üçün qanunverici zəmanətlərin olmadığını və bunsuz da demokratiyanın mümkün olmadığını xatırladıb.

Ann Basser
Ann Basser

Həmçinin Brasser diqqəti vətəndaş cəmiyyət fəallarının son həbslərinə yönəldib. O bildirib ki, Azərbaycana üç günlük səfəri zamanı prezident, parlamentin spikeri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, ədliyyə naziri, baş prokuror, vətəndaş cəmiyyətinin fəalları, həbsxanada olan şəxslərlə görüşüb.

Üzv ölkələrin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz.

Onun sözlərinə görə, parlamentdə görüşlər zamanı əsas mövzu Qarabağ münaqişəsinin müzakirəsi olub.

“Üzv ölkələrin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz və Avropa Şurasının digər üzv dövlətləri tərəfindən bu prinsipə əməl edilməlidir. Bu birmənalıdır”, o vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, münaqişə dialoq yolu ilə nizamlanmalıdır və AŞ ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Brasser deyib ki, AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri fəaliyyət göstərir, assambleya dialoq yolu ilə münaqişənin nizamlanmasına töhfə verə bilər. O xatırladıb ki, 2005-ci ildə AŞPA Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib.

Britaniyalı deputat lord Atkinsonun hesabatı əsasında qəbul edilən bu qətnamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Sonra Brasser Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyindən danışıb.

Onun sözlərinə görə, başqa ölkələrdə də bu məsələ ilə bağlı nöqsanlar və çatışmazlıqlar var, lakin onları aradan qaldırmaq lazımdır. Bundan ötrü mexanizmlər var və əsasən Azərbaycanla bağlı 2016-cı ilə qədər Fəaliyyət Planı var.

“Seçki Məcəlləsi” dəyişdirilməlidir.

Brasser Azərbaycanın seçki sistemindəki çatışmazlıqlara diqqəti yönəldib. Onun sözlərinə görə, parlamentə seçkilərin yalnız majoritar yolla keçirildiyi şəraitdə arxasında güclü qurumların olmadığı şəxslər qanunverici orqana düşmürlər. Odur ki, Azərbaycanda güclü müxalifət yoxdur. “Bu baxımdan “Seçki Məcəlləsi” dəyişdirilməlidir”.

Brasserin sözlərinə görə, parlamentin rolu yalnız qanun qəbulundan ibarət olmamalıdır, həm də hökumətə nəzarəti həyata keçirməlidir. Bu, olmasa, demokratiya da olmayacaq.

Bu, məhkəmə sistemində islahatların aparılmasının vacibliyini labüd edir.

O, son həbslərdən çox narahatdır. AŞPA prezidentinin fikrincə, bu, məhkəmə sistemində islahatların aparılmasının vacibliyini labüd edir.

Brasser QHT-lərin fəaliyyətində və onların qeydiyyatı prosedurunda problemlərin olmasına da toxunub. “QHT-lərin qeydiyyatı prosesi çox mürəkkəbdir. Qeydiyyat sadələşdirilməli və QHT qanunvericiliyi təkmilləşdirilməlidir”.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyəti, ifadə azadlığı hüququnun reallaşması üçün normal şərait yaradılmalıdır.

“QHT-lərin sayı olduqca çoxdur, amma parlamentdə həqiqi müxalifətin sayı çox deyil.

Brasser qeyd edib ki, Azərbaycanda fəal vətəndaş cəmiyyəti var və onun 11 nümayəndəsi ilə 4 saat söhbət edib.

O həmçinin tənqidi səslərə qarşı dözümlülüyün vacibliyini deyib. “QHT-lərin sayı olduqca çoxdur, amma parlamentdə həqiqi müxalifətin sayı çox deyil. Fəal vətəndaş cəmiyyəti kimlər üçünsə işlək mexanizmi deyil, sadəcə tənqid edən qurum kimi nəzərdən keçirilir”.

AŞPA prezidenti hesab edir ki, ölkədə müxalifətə və tənqidi fikirlərə tələbat var. Ölkədə nəinki tənqidə öyrənmək, onu alqışlamaq lazımdır. “Azərbaycanda real müxalifət kimi, real tənqidə də ehtiyac var”.

“Azərbaycanda real müxalifət kimi, real tənqidə də ehtiyac var.

Xanım Brasser Azərbaycanda inam və etimadın çox az olduğunu, bəlkə də heç olmadığına əmindir. “Dialoq və inamın yaradılması vacibdir. Mən realistəm və hesab edirəm ki, bu, tez baş verməyəcək. Səbirli olmaq lazımdır”, - o vurğulayıb.

O bildirib ki, Şəkidə mühakimə olunmuş müxalifət fəalları İlqar Məmmədov və Tofiq Yaqublu, həmçinin Bakıda “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovla görüşüb.

Məhkəməyə qədər həbsdə olan digər fəallarla görüşünə imkan verilməyib və bu, onunla izah edilib ki, qanunvericilik istintaq altında olanlarla görüşə yol vermir.

“AŞPA prezidenti İlham Əliyevlə görüşündə QHT nümayəndələrinin təkid etdiyi kimi siyasi məhbusların dərhal azadlığa buraxılmasını xahiş edibmi?” sualının cavabında Brasser deyib ki, hələ fəallarla görüşündə qeyd etmişdi ki, “heç kim belə təklifi qəbul etməz”.

Burada sistemdəki problemlərə nəzər salmaq lazımdır.

O deyib ki, konkret şəxslərin azadlığa buraxılması ilə problem həll olunmur, prosesi irəlilətmək üçün sistemdə dəyişiklik lazımdır. “Burada sistemdəki problemlərə nəzər salmaq lazımdır. 1-2 nəfərin azad olunmasına mən, təşkilatları və ailələri sevinəcək. Əlbəttə bu yaxşı haldır, ancaq problemin həlli deyil. Ona görə mövcud sistemin özünü dəyişmək çox vacibdir”, AŞPA prezidenti qeyd edib.

Bununla yanaşı xanım Brasser siyasi məhbusların tezliklə azadlığa buraxılacağı ilə bağlı optimist olmadığını deyib.

Rəsmi şəxslər bildiriblər ki, bu,həbslər hansısa bir şahidin ifadələri əsasında araşdırma çərçivəsində aparılır.

Brasser bildirib ki, vətəndaş cəmiyyəti fəallarının kütləvi həbslərinin səbəbləri ilə maraqlanıb və rəsmi şəxslər bildiriblər ki, bu, hansısa bir şahidin ifadələri əsasında araşdırma çərçivəsində aparılır.

O həmçinin məhkəməyə qədərki həbslər sahəsində qanunvericiliyə yenidən baxılmasının vacibliyini vurğulayıb.

Brasser təcridxanada Leyla Yunusa təzyiqlərin olması barədə məlumatlardan narahatlığını bildirib və hökuməti bunu araşdırılmasına çağırıb.

XS
SM
MD
LG