Accessibility links

AŞPA-da jurnalistlər etiraz aksiyası keçirib [Video]


AŞPA-da jurnalistlər etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:01:38 0:00

AŞPA-da jurnalistlər etiraz aksiyası keçirib

Jurnalistlər Avropa Şurasının son illər media azadlığına lazımi diqqət yetirməməsinə etiraz edib

Yanvarın 27-də Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlər AŞPA-nın getməkdə olan prezidenti Jan-Klod Minyonun mətbuat konfransında etiraz aksiyası təşkil ediblər.

Amerikanın Səsinin müxbiri Pərvanə Bayramovanın Parisdən verdiyi məlumata görə, onlar sinələrinə üzərində “Press” yazısı olan plakatlar asıblar.

Türkiyəli jurnalist Kayhan Karaca Amerikanın Səsinə deyib ki, insan hüquqları, demokratiya, qanunun aliliyi, media azadlığı Avropa Şurasının dəyərləridir.

Lakin Karaca Avropa Şurasının son illər media azadlığına lazımi diqqəti yetirmədiyini deyib. AŞ iqtisadi böhranla əlaqədar qurumun işini işıqlandıran medianın büdcəsini kəskin şəkildə azaldıb.

O, həmçinin vurğulayb ki, daimi əsaslarla akkreditə olunmuş jurnalistlərin işi üçün otaqlar da jurnalistlərin birgə səyləri sayəsində ayrılıb.

Bundan başqa, Avropa Şurası böhranla əlaqədar Şərqi Avropa ölkələrindən və post-Sovet məkanından AŞPA sessiyalarına dəvət edilən jurnalistlərin sayını azaldıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG