Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərindən biri Ştefan Şennak gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə o, öz Twitter mikrobloqunda yazıb.
Səfərin proqramı açıqlanmır, lakin ümumi təcrübəyə əsasən, məruzəçilər rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir sıra görüşlər keçirir və görüşlərin yekunlarına görə qiymətləndirmə aparır.
Azərbaycan üzrə ikinci məruzəçi Polşalı deputat Tadeuş İvinskidir, onun səfəri haqqında hələlik heç nə məlum deyil.