Accessibility links

Bəşar Əl-Əsəd məsciddə namaz qıldı


Suriya rəsmiləri Dəməşqdə məscidə gedən zaman prezident Bəşar Əl-Əsədin avtomobil karvanına hücumun olması barədə məlumatı təkzib edib.

Üsyançıların briqada komandiri Təhrir Əl-Şam deyib ki, üsyançılar maşın karvanına ağır artilleriya ilə zərbə endirib və bəzi mərmilər hədəfə dəyib.

Dövlət televiziyası müqəddəs Ramazan ayının son günü cənab Əsədin paytaxtdakı məsciddə namaz qıldığını nümayiş etdirilən video yayımlayıb.

Beynəlxalq mətbuata qoyulan məhdudiyyətlərə görə Suriyadakı hadisələr barədə məlumatların müstəqil mənbələr tərəfindən yoxlanılması çətindir.

Böyük Britaniyada qərərgahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu Dəməşqin Malki rayonunun minomyot atəşinə tutulduğunu bildirsə də, cənab Əsədin avtomobil karvanına hücumu təsdiq etməyib.
XS
SM
MD
LG