Accessibility links

Culian Assanjın barəsindəki həbs hökmünün ləğvi üçün qaldırılan vəsatət rədd edilib


Britaniya məhkəməsi Wikileaks saytının təsisçisi Culian Assanjın onun barəsindəki həbs hökmünün ləğvi üçün qaldırdığı vəsatəti rədd edib. Beləliklə, son beş ildə Londondakı Ekvador səfirliyinə sığınmış Assanjın oradan çıxmaq ümidi doğrulmayıb.

Reuters xəbər verir ki, bu hökmün ardınca Assanjın vəkilləri ayrıca arqument irəli sürüblər. Onlar bildirirlər ki, Britaniya hakimiyyət orqanları ictimai maraqlara uyğun gəlmədiyinə görə, Assanjın zamin şərtlərini pozması ilə bağlı təqibi dayandırmalıdır.

46 yaşlı Assanj İsveçin tələbi ilə bu ölkəyə ekstradiya edilməmək üçün Ekvadorun Londonun zəngin Naytsbric rayonundakı səfirliyinə sığınmışdı. O, İsveçdə zorlamaya görə ittiham olunurdu. Assanj bu ittihamları rədd edirdi. Sonradan İsveçdəki ittihamlara xitam verilmişdi.

Assanj bildirirdi ki, o, İsveçə ekstradisiya edilsə, oradan da Birləşmiş Ştatlara təhvil verilə biləcəyindən qorxur. Assanj ABŞ-ın məxfi hərbi və diplomatik sənədlərini Wikileaks saytında dərc etmişdi.

Öz tərəfdarları üçün Avstraliya doğumlu Assanj hökumətin öz səlahiyyətlərini aşmasına qarşı çıxan kiberqəhrəmandır. Tənqidçiləri isə onu Qərbin təhlükəsizliyini pozmuş cani hesab edir. Bir sıra Britaniya ekspertləri Assanjı Rusiya və Putinin aləti olmaqda günahlandırırlar.

Tərəfdarları deyirlər ki, Assanj səfirlikdə keçiridiyi qapalı həyat şəraitində sağlamlığını itirib. Onun depressiya, stomatoloji və çiyin ağrısı kimi problemləri var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG