Accessibility links

Culian Assanjın Londondakı Ekvador səfirliyinə sığındığı müddət ərzində iki uşağı olub


WikiLeaks-n təsisçisi Culian Assanjın Londondakı Ekvador səfirliyinə sığındığı müddət ərzində iki uşağı olub. Uşaqların anası onu müdafiə edən vəkil Stella Morrisdir.

Britaniyanın The Mail qəzetinin yazdığına görə, 37 yaşlı vəkil Assanjla 2017-ci ildən bərabərdir. Uşaqların 1 və 2 yaşlarında olduğu qeyd edilib. Qəzetdə onun böyük oğlu ilə şəkli dərc edilib.

Bu xəbər mətbuatdan gizli saxlanılıb.

Uşaqların hər ikisi də Britaniya vətəndaşıdır.

Assanj uşaqların doğumunu video vasitəsi ilə izləyib.

Morris deyib ki, indi bu məlumatı Assanjın xəstəxanada koronavirusla bağlı narahtlığına görə yayıb.

“Mən Culianı sevirəm və evlənəcəyimiz günü səbirsizliklə gözləyirəm” - deyə, qəzet ona istinadən yazıb.

Casusluq və hakerlikdə ittiham edilən Assanj Dövlət Departamenti və Pentaqonun ABŞ-ın İraq və Əfqanıstandakı hərbi əməliyyatları barədə məxfi məlumatlarını açıqlamaqda günahlandırılır.

Assanj ilk dəfə 2010-cu ildə Londonda İsveçin tələbi ilə həbs edilmişdi. O zaman o, iki qadının zorlanması və seksual təcavüzdə ittiham edilmişdi.

2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj o ölkədən siyasi sığınacaq ala bilməmiş və Britaniyaya təhvil verilmişdi.

O vaxtdan bəri Assanj xüsusi rejimli həbsxanada saxlanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG