Accessibility links

Astana məmurları xidməti maşınlardan imtina edib taksiyə keçdi


Astana şəhər bələdiyyəsinin birinci müavini Sergey Xoroşun sentyabr ayından vergi ödəyicilərinin hesabına taksidən istifadə edir. Amma onun istifadə etdiyi taksi fərqlidir; avtomobilin rəngi qaradlr və o ancaq ona xidmət edir. Taksi xidmətindən verilən məlumata görə, bu rəng avtomobil yalnız dövlət hakimiyyətinin yerli icra orqanının rəhbəri üçün nəzərdə tutulub. Digər administrasiya işçilərinin istifadə etdiyi taksi maşınları daha sadədir və ağ rəngdədir.

Taksi sürücülərinin dediyinə görə, dövlət məmurları gün ərzində təqribən dörd dəfə taksidən istifadə edirlər: “Səhər işə taksi ilə gəlirlər, burdan nahar etməyə, sonra yenidən işə qayıtmaq və axşam işdən evə getmək üçün də taksidən istifadə edirlər.”

Taksi ilə gediş haqqı ilk 3 kilometr üçün 500 tenqedir (2,39 azn). Bundan sonra isə gediş haqqı sayğacla hesablanır. Rəsmilər deyirlər ki, onlar bu yolla beş il ərzində vergi ödəyicilərinin 600 milyon vəsaitlərinə qənaət edəcəklər.

Şəhər əhalisi dövlət məmuarlarının taksiyə keçməsini şübhə ilə qarşılayıb. "Qoy avtobusa minsinlər, qoy Astanada vəziyyətin necə olduğunu özləri görsünlər", sakinlər bildirib.

Astananın yeni yerli icra orqanının rəhbəri Baxıt Sultanov üzün zamandır heç bir nəqliyyat vasitəsindən istifadə etmədiyini deyir. O bildirib ki, yalnız səhər saatlarında nəqliyyatdan istifadə edir.

"Daha öncə də səhərlər piyada işə gedirdim. İndi isə dövrı vurmalı olacağıq, amma iş yeri evdən uzaq deyil. Bu, iş üçün də xeyirlidir, çünki işə gedən yolda küçələrə baxa bilərəm, çatışmazlıqları görüb, müvafiq tapşırıqlar verə bilərəm. Günortadan sonra işə taksi ilə işə gedəcəm, çünki əvvəlki rəhbərliyin yürütdüyü mütərəqqi ideyaları dayandırmaq olmaz, onlar davam etdirilməlidir"-deyə Baxıt Sultanov bildirib.

İcra orqanından bildirlib ki, işçilər üçün yalnız ekonom klass taksi sifariş edilir. Onların hamısı üçün maliyyə limiti müəyyən edilib. Limit bitdikdə, məmur işə piyada gəlməli olacaq.

Məmurların sözlərinə görə, taksidən istifadə ilə vergi ödəyicilərinin vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət ediləcək. Belə ki bələdiyyə hər il yeni avtomobil almayacaq və daha əvvəl alınmış 60-dan çox avtomobili məktəb və xəstəxanalara verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG