Accessibility links

Ceyms Bondun məşhur 'Aston Martin'-i satıldı


Ceyms Bondun 1965 ci ildə istehsal olunmuş 'Aston Martin' markalı avtomobili cümə axşamı Sotheby hərracında $6.4 milyon dollara satılıb.

Hərracda satılmış DB5 modeli tüstü generatoru, işıqların altında gizlədilmiş 30 kalibirlik pulyemot, gülləkeçirməz arxa şüşə və dəyişən nömrələr olan xüsusi qurğularla təchiz olunub.

DB5 modelinin mühərrikini 282 at gücündədir.

Bu avtomobil heç zaman filmlərdə çəkilməyib, lakin o tam olaraq “Thunderball” və “Goldfinger” filmlərindəki Şon Konnerinin canlandırdığı “007” agentinin sürdüyü avtomobildəndir.

Hərrac evinin nümayəndələrinin sözlərinə görə, avtomobili Eon Productions kinofilm şirkəti sifariş edib və “Bondiana” seriallarının ABŞ ərazisində reklamı üçün istifadə edib.

Daha sonra avtomobil satılıb.

50 il ərzində üç dəfə onun sahibi dəyişib. Sotheby`s hərrac evinin nümayəndəsi bildirib ki, hərracdan öncə avtomobil lazımi qaydada təmir olunub.

DB5 modelinin mühərrikinin qüvvəsi 282 at gücündədir və avtomobil saniyədə 233 kilometr sürət yığa bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG