Accessibility links

Araşdırma: AstraZeneca peyvəndi ağır və ya kritik xəstələrə qarşı 100% effektivdir


AstraZeneca şirkətinin bazar ertəsi bildirdiyinə görə, COVID-19 peyvəndinin son araşdırmalarının nəticələri peyvəndin ağır və ya kritik xəstələrə qarşı 100% effektivdir.

AstraZeneca peyvəndinin effektivliyi və təhlükəsizliyi barədə açıqlamanı ABŞ-da 32449 insan üzərində aprılan sınaqlara əsaslanaraq verib.

“Peyvəndin effektivliyi etnik mənsubiyyətə və yaşa uyğun təyin edilib. Xüsusilə 65 və yuxarı yaşdakı insanlarda peyvəndin effektivliyi 80% idi ” - deyə, şirkət bildirib.

AstraZeneca açıqlamasında "Peyvənd rahat qəbul edilib və Müstəqil Təhlükəsizlik Monitorinq Şurası (DSMB) peyvəndlə əlaqəli heç bir təhlükəsizlik problemi olmadığını təyin edib" deyib.

Britaniyanın Oxford Universitetinin bildirdiyinə görə, ABŞ-da keçirilən sınaqlar AstraZeneca peyvəndinin COVID simptomlarının qarşısının alınmasında 79% olduğunu göstərib.

Avropanın bir neçə ölkəsi bu yaxınlarda AstraZeneca peyvəndinin qan laxtalanmasına səbəb olduğunu xəbərlərindən sonra peyvəndin istifadəsini dayandırmışdı. Avropa Dərman Agentliyi (EMA) peyvəndin təhlükəsiz olduğunu və ümumilikdə qan laxtalanma riskini artırmadığını biidirib.

Keçən həftə Fransa, Almaniya və İtaliya peyvənddən istifadəni bərpa edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) AstraZeneca peyvəndinin faydalarının risklərindən çox olduğunu deyərək, koronavirusun variantlarına qarşı istifadəsini tövsiyə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG