Accessibility links

AstraZeneca peyvəndinin qan laxtalanmasına səbəb olduğuna dair heç bir dəlil olmadığını deyir


AstraZeneca şirkətinin koronavirus əleyhinə peyvəndinin qan laxtalanmasına səbəb olduğuna dair heç bir dəlil tapılmadığını deməsinə baxmayaraq, elə həmin gün İrlandiya və Hollandiya bu peyvənddən istifadəni dayandıran ölkələrin siyahısına qoşulduğunu bildirib.

"Diqqətlə bütün təhlükəsizlik faktları nəzərdən keçirilib və heç bir ölkədə, heç bir yaş, gender qrupunda ağciyər emboliyası, dərin damar trombozu və trombositopeniya riski aşkar edilməyib"- deyə, şirkət bildirib.

Britaniya və Avropa İttifaqının peyvənd almış 17 milyondan çox insanı əhatə edən araşdırma İrlandiya və Hollandiyanın laxtalanma problemi səbəbi ilə peyvənddən istifadəni dayandıran Danimarka, Norveç və İslandiya a qatıldığı zaman aparılıb. Keçən həftə Avstriya qanda laxtalanma və bir ölüm halından sonra şirkətdən aldığı bir partiya peyvəndin istifadəsini dayandırıb.

İrlandiya baş həkiminin müavini, doktor Ronan Qlinn bazar günü peyvəndin qan laxtalanması ilə birbaşa əlaqəsi olmasından əmin olunmasa da, peyvənddən istifadənin ehtiyat olaraq dayandırıldığını deyib.

İrlandiya AstraZeneca peyvəndindən istifadəni Norveçdə peyvənd vurulan yetkin yaşdakı dörd dəfərdə qan laxtalanması halının aşkar edilməsindən sonra dayandırıb.

Şirkətin özündən əlavə, Avropanın Dərman Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı laxtalanma hallarına peyvəndin səbəb olduğuna dair heç bir məlumatın olmadığını bildirib.

XS
SM
MD
LG