Accessibility links

AstraZeneca vaksinindən istifadə ilə bağlı yeni qaydalar tətbiq edilib


Avropa İttifaqının dərman tənzimləyiciləri AstraZeneca vaksini ilə mümkün nadir ölümcül qan laxtanması halları arasında əlaqənin olduğunu elan edəndən sonra bir neçə ölkə “AstraZeneca”nın COVID-19 vaksinindən istifadə ilə bağlı yeni təlimatlar irəli sürüb.

Vaksinin britaniyalı-isveçrəli əczaçılarla Oksford Universitetinin alimlər tərəfindən birgə inkişaf etdirildiyi Britaniyada hökümət 30 yaşdan aşağı insanlara alternativ vaksin vurulacağını bildirib. Oksford tədqiqatçıları həmçinin AstraZeneca-nın uşaqlar və yeniyetmələr üzərində sınaqlarını dayandırıb, çünki Britaniyanın dərman tənzimləyiciləri iki dozalı bu vaksinin təhlükəsizliyi ilə bağlı araşdırma aparır.

Reuters deyir ki, İspaniya və Filippin vaksini yalnız 60 yaşından yuxarı insanlara tətbiq edəcək, The Washington Post isə İtaliyanın da bənzər qaydalar tətbiq etdiyini bildirib.

Avropa Dərman Agentliyi aprelin 7-də bildirib ki, qan laxtalanması AstraZeneca vaksininin çox nadir rast gəlinən yan təsiri ola bilər, amma yenə də vaksinin ümumi faydalarının hər hansı riskdən daha çox olduğunu vurğulayıb. Nadir rast gəlinən qan laxtalanmaları Avropa boyu 14 nəfərin ölümü ilə əlaqələndirilib.

AstraZeneca Britaniyanın son dərəcə sürətli peyvənd kampaniyasında istifadə olunan əsas vaksindir. Lakin dünya boyu vaksindən istifadə ilə bağlı problemlər yaranıb, çünki onun klinik sınaqların son mərhələsində yaşlılara təsiri ilə bağlı kifayət qədər məlumat olmayıb və bu da Avropa boyu peyvəndləmə kampaniyalarını ləngidib. Bir çox ölkə qan laxtalanması hadisələri ilə bağlı ilk məlumatlar yayılmağa başladığı zaman AstraZeneca vaksinindən istifadəni dayandırdı.

Vaksin həmçinin Avropanın peyvənd kampaniyası üçün kritik və qlobal yoxsul ölkələri vaksinlə təchiz etmək strategiyası üçün mühümdür. Vaksin Pfizer-BioNTech və Moderna peyvəndlərindən daha ucuz və asandır.

Birləşmiş Ştatlarda Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bildirir ki, hazırda ölkədə koronavirusun dominant variantı dekabr ayında Britaniyada üzə çıxan variantdır. CDC yanvar ayında koronavirusun orijinal variantından daha yoluxucu və ölümcül olan ştammının yanvar ayında dominant olacağını proqnozlaşdırmışdı.

Birləşmiş Ştatlarda koronavirusa yoluxma halları 30 milyonu keçib, xəstəlik səbəbilə 550000-dən çox insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG