Accessibility links

Astronavtlar Beynəlxalq Fəza Stansiyasından qayıdıb


Bir amerikalı və iki rusiyalı kosmonavtı Beynəlxalq Fəza Stansiyasında təxminən altı ay zaman keçirdikdən sonra bu gün Qazağıstanda təhlükəsiz eniş edib.

Orbitdən ayrıldıqdan təxminən dörd saat sonra Ceff Uilliams, Alexi Ovçinin və Oleq Skripoçkanı daşıyan Rusiyanın Soyuz kapsulu Qazağıstanda enib.

Uilliams dörd fərqli missiyaları yerinə yetirmək məqsədi ilə 534 gün orbitdə keçirməklə orbitdə ən çox zaman keçirmiş amerikalı olub.

Bundan əvvəl digər bir astronavt Skott Kelli 520 gün fəzada olmaqla rekord əldə etmişdi.

Rusiyalı Gennadi Padalka isə 879 gün orbitdə olmaqla dünya rekordu üzrə birinciliyi saxlamaqda davam edir.

Uillyams Beynəlxalq Fəza Stansiyasına nəzarəti rusiyalı Anatoli İvanişinə təhvil verib. O, Beynəlxalq Fəza Stansiyasında amerikalı Keyt Rubins və Yaponiyalı Takuya Onishi ilə birgə qalacaq.

XS
SM
MD
LG