ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bloger və Repartyorların Azadlı və Təhlükəsizliyi İnstitutunun (İRFS) sədri Mehman Hüseynova qarşı qaldırılımış yeni maddə üzrə ittihamlardan dərin narahatdır.O bu barədə twitter hesabında yazıb.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi onun tezliklə azad edilcəyinə ümid edir.
Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisinin qaldırdığı böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.
Ötən gün ona qarşı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməsi ilə bağlı yeni ittiham irəli sürülüb.
Mehman Hüseynov həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
O, həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.