Accessibility links

ATƏT-in Media Ofisinin rəhbəri Azərbaycanda saytların bloklanmasından narahatdır


Harlem Desir
Harlem Desir

ATƏT-in Media Ofisinin rəhbəri Harlem Desir Azərbaycan hökumətinə müraciət edib. Müraciətdə xəbər saytlarının böhtan əsası ilə bloklanmasından narahatlıq ifadə olunub.

Bu barədə ATƏT-in press-relizində bildirilir.

"Saytlara girişin xüsusilə son dərəcə mübahisəli olan böhtan iddiaları ilə əngəllənməsi tənqidi səslərin qarşısını ala biləcək həddini aşan bir tədbirdir", Halem Desirin açıqlamasında bildirilir.

"Medianı təsirləndirən hər hansı məhdudlaşdırıcı tədbirlər hüquqi baxımdan aydın, dəqiq, ayrı seçici olmayan meyarlara söykənən beynəlxalq standartlara uygun olduqda haqlı hesab edilə bilər. Belə olmadığı təqdirsə, məhdudlaşdırıcı tədbirlər media və ifadə azadlığı ilə bağlı olan başqa hüquqlara da zərər vuracaqdır", açıqlamada daha sonra vurğulanır.

Sənəddə həmçinin daha əvvəl - 2017-ci ildə Azadlıq qəzetinin, AzadlıqRadiosunun internet saytlarının, Azərbaycan Saatı proqramlarının, Meydan TV və Turan TV-nin blok edilməsinə də toxunulur.

Halem Desir müraciətində Bastainfo.com, Criminalaz.com, Topxeber.az ve Fia.az internet saytlarının, APA agentliyinin qapadılmasını da narahatlıq doğuran hal kimi qeyd edib.

"Hökumət rəsmilərini əngəllənmiş bütün saytlara girişi bərpa etməyə və ifadə azadlığı hüququna təsir edən qanun və qaydaları islahat etməyə çağırıram", ATƏT-in Media Ofisinin rəhbəri müraciətinin sonunda vurğulayıb.

XS
SM
MD
LG