Accessibility links

ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini mətbuata əlverişli şərait yaratmağa çağırır


Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycan hakimiyyətini medianın fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıb.

Azərbaycanda 20 çap mediasının maliyyələşdirilmədən məhrum edilməsi haqqında qərarı şərh edən Dezir KİV-in rəqəmsallaşdırma ilə bağlı transformasiya proseslərindən keçərkən onlara dəstəyin vacib olduğunu deyib.

Bütün bunlar KİV-ə şəffaf və ədalətli iqtisadi dəstək sistemi və mətbuatın plüralizmini və müstəqilliyini təmin edən hüquqi mühitin olmasını təmin edir.

"Bütün bunlar KİV-ə şəffaf və ədalətli iqtisadi dəstək sistemi və mətbuatın plüralizmini və müstəqilliyini təmin edən hüquqi mühitin olmasını təmin edir.

Bu, həmçinin KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə, şəffaf rəqabətə, reklam mənbələrinə bərabər çıxışa, azad informasiya axınına və internetdən maneəsiz istifadəyə kömək edən qanunların və müdafiə mexanizmlərinin tətbiq edilməsini tələb edir," Dezirin bəyanatında qeyd edilir.

Sonda Dezir ölkə rəhbərliyi, jurnalistlər və qeyri-hökumət təşkilatları ilə görüş üçün yaxın gələcəkdə Azərbaycana səfər etməyə böyük maraq göstərdiyini bildirib.

Yanvarın 31-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda keçirilən iclasda xeyli sayda qəzetlərin maliyyələşdirilməsinin azaldılacağı elan edilib.

Qəzetlər
Qəzetlər

Fondun rəhbəri Vüqar Səfərli işarə edib ki, internet dövründə qəzet çapının maliyyələşdirilməsinin mənası yoxdur.

“Müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur,” Səfərli qeyd edib.

O həmin göstəricilərə uyğun olmayan qəzetləri açıqlamayıb.

Lakin sosial şəbəkələrdə tezliklə bağlanacağı ehtimal edilən təxminən 20 qəzetin siyahısı yayılıb. Bunlar "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel", "Azad Azərbaycan", "Hürriyyət", "Reytinq", "Olaylar", "Bizim yol", "Üç nöqtə", "Mövqe" və başqa qəzetlərdir.

Müşahidəçilər hesab edir ki, “Səs", "Yeni Azərbaycan", "Yeni Müsavat", "İki sahil", "Kaspi", "Bakı xəbər", "Novoye vremya", "525-ci qəzet" nəşrlərinin çap variantlarının maliyyələşdirlməsi davam etdiriləcək.

Hələlik bununla bağlı rəsmi təsdiq və ya hər hansı şərh yoxdur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG