Accessibility links

ATƏT Rusiyanı Nemtsovun qətlini yenidən araşdırmağa çağırır


nemtsov
nemtsov

ATƏT Rusiyanı Boris Nemtsovun qətli ilə bağlı yeni istintaq aparmağa və qətldə əli olan şəxslərə sanksiyalar tətbiq etməyə çağırır. Bu barədə qurumun fevralın 20-də Vyanadakı parlament sessiyasında təqdim etdiyi xüsusi hesabatında deyilir.

Hesabatda Rusiya rəsmilərinin istəmədikləri üçün istintaqı tamamlamadıqları bildirilib. ATƏT-in məlumatına görə, istintaqda boşluqlar çoxdur. Buna görə də ATƏT rəsmi Moskvanı yeni istintaq aparmağa çağırır, ələlxüsus da qətlin sifarişçilərini tapmaq üçün. Mətndə Çeçenistanın başçısı Ramzan Kadırovun adı, habelə şübhəli şəxslərin işgəncələrə məruz qalması da qeyd olunur.

Moskvanın hesabata məhəl qoymayacağı ehtimal edilmir, çünki Rusiya ATƏT-in daimi üzvüdür. Bənzər sənəd Avropa Şurası Parlament Assambleyası tərəfindən hazırlananda Kreml AŞPA-nın çağırışlarına reaksiya verməmişdi.

Boris Nemtsovun vəkilləri və ailəsi ATƏT-in hesabatını qətlə dair ən mühüm beynəlxalq cavab hesab edir. Adətən ATƏT “insan hüquqları” və ya “insan alveri” kimi geniş mövzularla bağlı məruzələr hazırlayır. Lakin bu dəfə onlar bütün araşdırmanı bir xüsusi cinayətə həsr ediblər. ATƏT-də Nemtsovun vəfatı Rusiyada və dünyada demokratiyaya təhlükə yaradan mühüm hadisə hesab olunur.

Boris Nemtsov beş il əvvəl Moskvanın mərkəzində güllələnmişdi, cinayəti törədənlərə (onlar günahkar olduqlarını qəbul etməyiblər) hökm oxunsa da, təşkilatçılar və sifarişçilər tapılmayıb. Hər il qətlin ildönümündə Nemtsovun xatirəsinə müxalifət yürüşləri və mitinqlər keçirilir. Bu il Sankt-Peterburq\\ rəsmiləri aksiyaya icazə verməkdən etməkdən imtina ediblər. Moskvada isə Strastnoy bulvarından Saxarov prospektinə qədər yürüş keçiriləcək.

XS
SM
MD
LG