Accessibility links

ATƏT sədri Azərbaycan və Ermənistanı atəşkəsə səsləyir


EDİ RAMA (ATƏT sədri )

“Ermənistanla Azərbaycan arasındakı sərhəd boyunca gördüyümüz zorakılığın artmasından çox narahatam və və bundan sonra da itkilərin baş verməməsi üçün dərhal atəşkəsə qayıdılmasına çağırıram”.

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın baş naziri və xarici işlər naziri Edi Rama iyulun 14-də bəyanatla çıxış edib.

Edi Rama bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik tərəflərlə sıx əlaqədədir və vəziyyətin sabitləşdirilməsinə cəhdlər edilir.

ATƏT sədri habelə 2019-cu ildə Vyanada ATƏT həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa kommunikasiya xətti barədə razılaşma əldə edildiyini yada salıb.

Rama bildirib ki, o eskalasiyanın aradan qaldırılması üçün belə mexanizmlərdən istifadə ediləcəyinə inanır.

O həmçinin bu qarşıdurmada hər iki tərəfdən ölənlərin yaxınlarına başsağlığı verib: “Biz hamımız münaqişənin insanlara təsirini azaltmaq və mümkün qədər tez bir zamanda predmetli danışıqlara başlanmasına çalışmalıyıq.”

İyulun 12-dən iki ölkənin sərhədində, Azərbaycanın Tovuz rayonu, Ermənistanın isə Berd qəsəbəsi istiqamətində döyüşlər gedir. Rəsmi məlumatlara görə, döyüşlərdə Azərbaycan tərəfi 11 hərbçisini, 1 mülki vətəndaşını, Ermənistan tərəfi 4 hərbçisini itirib.

Sərhəddə gərginlik hələ də davam edir.

XS
SM
MD
LG