Accessibility links

İtaliyada torpaq sürüşməsi nəticəsində ən azı 8 nəfər ölüb


İtaliya rəsmləri deyir ki, İskya adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı səkkiz nəfər ölüb.

Adanın altı şəhərindən biri olan Kasamiççola Termedə azı bir ev palçıq altında qalıb, bir neçə maşın dənizə düşüb.

Maşınlardan birində olan iki nəfərin xilas edildiyi deyilir.

Bundan öncə biri körpə olmaqla 13 nəfərin itkin düşdüyü bildilirmişdi.

Rəsmilər adanın digər şəhərlərində yaşayan, amma torpaq sürüşməsinin təsirlərinə məruz qalmayan sakinləri xilasetmə əməliyyatlarına əngəl olmamaq üçün evdə qalmağa çağırıb.

İskya Tirren dənizində yerləşən vulkan adasıdır və Neapol şəhərindən təxminən 30 kilometr uzaqda yerləşir.

Neapoldan fövqəladə hallar işçiləri adaya göndərilib, ancaq hava şəraiti ora getməyi çətinləşdirir.

2017-ci ildə Kasamiççola Termedə baş verən zəlzələ nəticəsində iki nəfər həyatını itirmişdi.

XS
SM
MD
LG