Accessibility links

Ata: "Bu ölkədə düz danışmaq qəbahətdir?"


Ata: "Bu ölkədə düz danışmaq qəbahətdir?"
please wait

No media source currently available

0:00 0:05:43 0:00

Mehman Hüseynovun atası Rafiq Hüseynov oğluna qarşı yeni cinayət işi qaldırlmasına münasibət bildirib

Həbsdə olan bloger Mehman Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur.

Rəsmi məlumata görə, blogerin üzərindən 461 manat məbləğində pul da aşkar edilərək götürülüb.

Özüm prezidentə bildirişlə məktub yazacam ki, orada cavan oğlanı niyə çürüdürsünüz? Mehman kimə nə edib?
Rafiq Hüseynov

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Blogerin atası Rafiq Hüseynov Amerikanın Səsinə müsahibəsində oğluna qarşı irəli sürülən ittihamı əsassız sayıb. Blogerə qarşı ittihamların onun videoları ilə bağlı olduğunu bildirib.

Ata: Bu ölkədə düz danışmaq qəbahətdir?
please wait

No media source currently available

0:00 0:03:16 0:00

“Mehmana qarşı irəli sürülən ittihamı çox pis qiymətləndirirəm. Çünki Mehman cəzaçəkmə müəssisəsində özünü çox yaxşı aparır, hamı ondan razıdır.”

Ata oğlunun cibindən pul tapılması ilə bağlı məlumatlara da münasibət bildirib.

“Anası sağ olanda Mehmana istədiyi yeməkləri bişirib aparırdıq. İndi tək qalmışam. Oğluma yemək bişirib apara bilmirəm. İki-üç çörək aparıram. Çörəklər də tez köhnəlir. Cəzaçəkmə müəssisəsində son zamanlar su da bullanıq gəlir. Bu səbəbdən hər dəfə 20-30 manat pul verirəm. Yəni məhbusun cəzaçəkmə müəssisəsindəki mağazadan nə isə alması qəbahətdir? Məhbusun cibində pul olması qəbahətdir,” o qeyd edib.

Rafiq və Firəngiz Hüseynovlar oğulları Mehman Hüseynovun məhkəməsindən sonra - 31.07.2018
Rafiq və Firəngiz Hüseynovlar oğulları Mehman Hüseynovun məhkəməsindən sonra - 31.07.2018

Rafiq Hüsenov ölkə prezidentinə müraciət edərək oğlunun günahsız olduğunu onun diqqətinə çatdıracağını deyib.

“Bir ata kimi gözləyirdim ki, bir aydan sonra oğlum azadlığa çıxacaq. Bu insan nə edib? Ona qarşı yenə nahaqdan ittiham irəli sürüblər. Bu, kimin düşmənidir? O, xalqın oğludur. Bu insan yaşamamalıdır? Yox, yaşamamlıdır? Bu, kimə nə edib? Düz danışmaq, bu, ölkədə qəbahətdir? Mən prezidentə məktub yazacam ki, haqsızlıqlara son qoyulsun. Özüm prezidentə bildirişlə məktub yazacam ki, orada cavan oğlanı niyə çürüdürsünüz? Mehman kimə nə edib? İndi orada iki qapının arasında qalıb. Oradan gələn, buradan gələn, gündə bir rəis gəlir. İndi onu incitməlidirlər? Bu, belə danışıb, elə danışıb. Danışmasın, ömrü boyu sussun, eləmi?” ata sual edib.

Öz növbəsində Penitensiar Xidmət cinayət işinin real fakt əsasında qaldırıldığını bildirib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə Mehman Hüsenyovun vəkillərinin onun yanına buraxılmaması ilə bağlı fikirləri təkzib edib.

Mehman Sadıqov: "Cinayət işi real fakt əsasında qaldırlıb"
please wait

No media source currently available

0:00 0:01:59 0:00

“Adını çəkdiyiniz şəxs və digər məhkumlarla vəkillərinin maneəsiz görüşməsi üçün imkan yaradılır. Bununla bağlı hər hansı problem yoxdur,” o qeyd edib.

Blogerin aclıq etməsi ilə bağlı xəbərlərə gəlincə, Sadıqov deyib ki, bununla bağlı məlumatlı deyil. Ancaq hər bir məhbusun aclıq etmək hüququ var.

Cinayət işi real fakt əsasında qaldırılıb.
Mehman Sadıqov

“Aclıq edən şəxs digət məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa qanuni tədbirlər görüləcək.”

İctimai əlaqələr şöbəsinin rəisi blogerin cərimə təcridxanasına salınması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib ki, məhkumun cərimə təcridxanasına keçirilməsi cəzaçəkmə müəssisəsinin rəisinin müstəsna səlahiyyətdir.

“Müəssisə rəhbəri bu qərarı qəbul edəndə qanuna istinad edir. Məhkum da qərardan narazıdırsa aidiyyatı orqanlara şikayət etmək hüququna malikdir”, Sadıqov Amerikanın Səsinə müsahibəsində deyib.

Öz növbəsində, Mehman Hüseynovun vəkili dekabrın 27-də saatlarla gözləməsinə baxmayaraq blogerlə görüşə bilmədiyini bildirib.

XS
SM
MD
LG