Accessibility links

Ata müxalifətçi oğlununun harada saxlanıldığını öyrənə bilmir


Ceyhun Nəbi
Ceyhun Nəbi

Artıq iki gündür Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbidən xəbər yoxdur. O, oktyabın 23-də Şəmkirdə saxlanılıb.

Fəalın atası Sərdar Nəbiyev bildirib ki, oktyabrın 26-da Ceyhun Nəbinin saxlandığını ehtimal etdikləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Lakin orada hər hansı informasiya verilməyib.

Doğmaları Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi”nə də müraciət ediblər, ancaq cavab almayıblar. Onlar vəkil tutmaq qərarına gəliblər, həmçinin ombudsmana və Daxili İşlər Nazirliyinə müraciət hazırlayırlar.

Ceyhun Nəbi 3 ay Rusiyada qaldıqdan sonra oktyabrın 23-də yaşadığı Şəmkir rayonuna gəlib. Bir neçə saat sonra dostları ilə görüşmək üçün evdən çıxıb. Sonradan dostları bildiriblər ki, Ceyhun Nəbini saxlayıblar.

Ceyhun Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, "Sovetlərlə üz-üzə" kitabının müəllifidir. Həmçinin Facebook-da Azərbaycan hakimiyyətini kəskin tənqidi ilə fərqlənir.

Öz növbəsində, rəsmi qurumlar müxalifət fəalının saxlanılma səbəbləri ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

XS
SM
MD
LG