Accessibility links

Rusiyanın Müdafiə Nazirliyi Suriyada atəşkəs elan edildiyini bəyan edib


Rusiyanın Müdafiə Nazirliyi Suriyada atəşkəs elan edildiyini bəyan edib. Atəşkəs şimal Homs şəhəri bölgəsini nəzərdə tutur.

Nazirıiyin sözçüsü İqor Konaşenkov bildirib ki, razılıq yerli vaxtla günorta qüvvəyə minir və 147 min insanın yaşadığı əraziləri əhatə edir.

Sözçü deyib ki, atəşkəs məsələsi ötən həftə Qahirədə Rusiya və Suriyanın rəqib döyüşçülərinin təmsilçiləri arasında müzakirə edilib.

Sənəddə Astana razılığının şərtləri də yer lər.

Qazaxıstanda keçirilən müzakirələrdə Rusiya, İran və Türkiyə nümayəndələri de-eskalasiya zonasının yaradılması barədə razılıq əldə edib.

Rusiya döyüşlərin dayandırılmasına hərbi polisin nəzarət edəcəyini bildirib.

XS
SM
MD
LG