Accessibility links

ATƏT–in missiyası: Seçkilər bir siyasi qüvvənin üstünlüyü mühitində aparılır


ATƏT-in DTİHB-nin seçki monitorinq missiyası
ATƏT-in DTİHB-nin seçki monitorinq missiyası

ATƏT–in seçki müşahidə missiyası prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyası aralıq hesabatını açıqlayıb.

Sənədin giriş hissəsində deyilir ki, ATƏT DTİHB-nin seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı əvvəlki tövsiyələrində şikayətlərə baxılması prosedurunun sadələşdirilməsi istisna olmaqla, digər tövsiyələr nəzərə alınmayıb.

ATƏT-in şikayətlərə baxılması prosedurunun sadələşdirilməsi istisna olmaqla, digər tövsiyələr nəzərə alınmayıb.
Seçki komissiyalarının bütün səviyyələrdə formalaşdırılması formulu de-fakto parlament çoxluğunun Yeni Azərbaycan Partiyasının qərarlarının üstünlüyünü təmin edir.

Bununla yanaşı, MSK-nın seçkilərə texniki hazırlığı müsbət qiymətləndirilir.

Bir sıra QHT seçkiləri müşahidə etmək niyyətindədir. Lakin onların nümayəndələri qeyd edirlər ki, qanunvericilikdə dəyişikliklər seçkilərin monitorinqi üçün imkanları məhdudlaşdırır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hüquqi şəxs statusu olmadığından seçkiləri monitorinq imkanları məhdudlaşır.

Sonra sənəddə qeyd olunur ki, qarşıdakı seçkilər bir siyasi qüvvənin üstünlük təşkil etdiyi mühitdə aparılır.

2012 və 2013-cü illərdə qanunvericiliyə düzəlişlər ifadə və toplaşmaq azadlığının məhdudlaşdırılmasına ximət edib.
Beynəlxalq təşkilatların hesabatlarına istinadən göstərilir ki, 2012 və 2013-cü illərdə qanunvericiliyə düzəlişlər ifadə və toplaşmaq azadlığının məhdudlaşdırılmasına ximət edib.

Əsasən icazəsiz mitinqlərdə iştiraka görə sanksiyalar sərtləşdirilib, QHT-lərin xaricdən maliyyə vəsaiti almasına görə əlavə bürokratik addımlar atılıb.

Parlamentdə prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya üstünlük təşkil edir, 125 yerdən 70 yerə malikdir.

42 müstəqil deputatdan ibarət qrup da adətən hakim rejimi dəstəkləyir.
Müxalifətdə olan Müsavat və Xalq Cəbhəsi partiyaları 2012-cu il seçkilərində parlament təmsilçiliklərini itiriblər.

2013-cü ildə müxalifət qüvvələri Demokratik Qüvvələrin Milli Şurasını (DQMŞ) yaradıb. Məqsəd vahid namizədin irəli sürülməsi olub.

Vahid namizəd kimi irəli sürülmüş Rüstəm İbrahimbəyov ikili vətəndaşlığa malik olduğundan başqa dövlətlərin qarşısında öhdəliyinin olmaması ilə bağlı kifayət qədər sübut təqdim edə bilməyib və namizədliyi təsdiqlənməyib.

Ümummilli telekanallar hökumətin nəzarəti altındadır. Televiziyada plüralist siyasi diskussiyalar demək olar ki, yoxdur.
DQMŞ ehtiyat vahid namizəd kimi Cəmil Həsənlinin namizədliyini irəli sürüb və o, qeydiyyata alınıb.

Seçkiqabağı təşviqata gəlincə, bu, sentyabrın 16-da başlayacaq və oktyabrın 8-də saat 08:00-da bitəcək.

Bəzi namizədlər seçki kampaniyası müddətinin azaldılması və televiziya imkanlarının məhdudlaşdırılmasından narahatlıqlarını bildiriblər.

Ümummilli telekanallar hökumətin nəzarəti altındadır. Televiziyada plüralist siyasi diskussiyalar demək olar ki, yoxdur. Çap KİV-i müxtəlif olsa da regionlarda yayımlanması məhduddur.

Seçki Məcəlləsi elektron və çap KİV-də pulsuz və pullu efir vaxtını nəzərdə tutur.

Lakin yalnız İctimai Televiziya pullu siyasi reklam yayımlayacağını rəsmən bəyan edib. Seçki Məcəlləsində xəbərlər proqramında namizədlərin və siyasi partiyaların balanslaşdırılmış işıqlandırılması nəzərdə tutulmur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG