Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri noyabrda görüşür


ATƏT-bayraq
ATƏT-bayraq

Həmsədrlər qarşıdakı görüşə hazırlıq üzrə işi davam edirlər

Azərbaycan və Ermənistan prezidentləri noyabrda görüşə razılıq veriblər.

Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 5-də Yerevanda keçirdikləri danışıqların yekunları ilə bağlı bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki,prezidentlər 2013-ci ilin noyabrında görüşmək niyyətini təsdiq ediblər və nizama salınma üzrə öz mövqelərini dəqiqləşdirmək istiqamətində irəliyə doğru inkişaf yollarını müzakirə edəcəklər.

Bəyanatda qeyd olunub ki,noyabrın 4-5-də həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün tərəflərə kömək etmək məqsədilə Bakıda və Yerevanda hər iki ölkənin xarici işlər nazirləri ilə görüşlər keçiriblər.

Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyi müzakirə olunub.

Həmsədrlər qarşıdakı görüşə hazırlıq üzrə işi davam edirlər, bəyanatda deyilir.
Onlar tərəfləri hərəkət və bəyanatlardan çəkinməyə çağırıblar. “Məhz bu məqamda hərbi hərəkətlər prosesə zərər vurmaq cəhdi kimi qəbul edilə bilər”, - sənəddə deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG