Accessibility links

ATƏT nümayəndə heyəti Azərbaycana gələcək


ATƏT-in 25 daimi nümayəndədən ibarət heyəti iyunun 18-dən 22-nə kimi Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Bu barədə ATƏT-in saytı məlumat yayıb.

Məlumata görə, onlar hər üç ölkədə rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsipləri ilə stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməkdir.

XS
SM
MD
LG